Siyasət

  • 2 531

Ermənistan yeni qarşıdurmalar astanasında

image

Ermənistanda iyunda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri yaxınlaşdıqca, siyasi gərginlik və bununla bağlı ziddiyyətli müzakirələr artır. Ermənistanın Siyasi-İqtisad Tədqiqatlar İnstitutunun rəhbəri Andranik Tevanyan sosial şəbəkədəki hesabında iddia edib ki, təhlükəsizlik böhranı, siyasi, iqtisadi, sosial, humanitar, mənəvi-psixoloji, şəxsiyyət, şəxsiyyətlərarası böhranlar yalnız Nikol Paşinyanın uzaqlaşdırılması ilə aradan qaldırıla bilər. Əks təqdirdə, bu böhranlar daha da pisləşəcək və seçkilərdən sonra ölkəmiz özünü daha da zəif, parçalanmış, ümidsiz vəziyyətdə tapacaq.

Göründüyü kimi, Paşinyana müxalif olan qüvvələr onun yenidən qalib gəlmə ehtimalından narahat olduqlarına görə ən ağlagəlməz ehtimallarla çıxış edirlər. “Qarabağ klanı” Ermənistanın 44 günlük müharibədə məğlubiyyətində Paşinyan iqtidarını günahlandıraraq, revanşist mövqe sərgiləməklə cəmiyyətdə dəstək qazanmağa çalışır. Amma belə mövqe Ermənistan üçün yeni problemlərdən başqa heç nə vəd etmir.

Digər xəbərlər