Siyasət

  • 3 473

“Ermənistanda vətəndaş müharibəsi baş verəcək” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

“Ermənistanda iyun ayında keçirilməsi nəzərdə tutulmuş seçkilərin gərgin keçəcəyini əvvəldən proqnozlaşdırmaq olar. Çünki Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsindən sonra Ermənistanda bütün sahələrdə o cümlədən siyasi münasibətlərdə çox dərin böhran hökm sürür”. Bunu millət vəkili Cavid Osmanov SİA-ya açıqlamasında bildirib.Onun sözlərinə görə, əsas qarşıdurma Paşinyan və bundan əvvəlki xunta rejimi rəhbərləri arasında gedir: “Tərəflər arasında qarşılıqlı ittihamlar gərgin xarakter daşıyır. Ermənistanda seçkilər yaxınlaşdıqca hər iki tərəf, bir-birlərini dövlətə xəyanət etməkdə günahlandırırlar. Bununla çalışırlar ki, seçkilərdə önə keçsinlər. Bu baxımdan demək olar ki, Ermənistan vətəndaş qarşıdurması astanasındadır. Əlbəttə, Ermənistan hakimiyyətinin siyasətinin mərkəzində hər zaman terrorizm siyasəti dayanıb. Terror Ermənistanın dövlət siyasətidir. Bu siyasətin nəticəsidir ki, Ermənistan dövlət səviyyəsində Azərbaycana və Türkiyəyə qarşı çoxsaylı terror aktları həyat keçirir”.“Sizcə, vətəndaş müharibəsi ilə müşahidə olunacaq seçkilərdən qalib kim çıxacaq” sualına cavab olaraq Cavid Osmanov bildirdi ki, Ermənistanda vəziyyət son dərəcə anormal xarakter daşıdığından kimin qalib gələcəyini proqnozlaşdırmaq çətindir: “Terrorçu dövlətin baş bilənləri bir-birini qarşılıqlı şəkildə ittiham etməklə çalışırlar ki, erməni toplumunun rəğbətini qazansın. Hər iki tərəfində ətrafında yetəri qədər elektorat olmadığından indiki mərhələdə yalnız və yalnız qarşılıqlı ittiham və hər hansı bir terror gözləmək mümkündür”.

sia.az

Digər xəbərlər