Siyasət

  • 3 442

YAP Ucar rayon təşkilatının fəalları şəhid mayor Elnur Hacıyevin doğum gününü qeyd ediblər

image

YAP Ucar rayon təşkilatının fəalları 12 iyun 1979-cu ildə anadan olmuş,17 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhid olmuş mayor Hacıyev Elnur Yaqub oğlunun doğum günü münasibətilə məzarını ziyarət etmiş,üzərinə tər çiçəklər düzmüşlər. Məktəblilərin ifasında Şəhidlərə həsr edilmiş şeirlər söylənilmişdir.Daha sonra ata ocağının yerləşdiyi küçədə inşa edilmiş bulağın açılışı olmuşdur.Elnur Hacıyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə”ordeni,”Vətən uğrunda”medalları ilə təltif edilmişdir.Şəhid ailəsi göstərilən diqqət və qayğı üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

yap.org.az

Digər xəbərlər