Siyasət

  • 3 941

YAP Laçın rayon təşkilatı 15 iyun Milli Qurtuluş Gününü qeyd edib

image

15 iyun Milli Qurtuluş Günü ilə bağlı YAP Laçın rayon təşkilatının İdarə Heyətini üzvlərinin, ƏİPT-in sədrlərinin, rayon ziyalıları, partiya fəalları və gənclərin iştirakı ilə “Qurtuluşdan tərəqqiyə, Zəfərə aparan yol” mövzusunda videoformatda konfrans keçirib.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-dən 28 il keçdiyini xatırladıb, bu illərin ölkəmizin və xalqımızın həyatında böyük dəyişikliklərlə yadda qaldığını vurğulayıb. Qurtuluş məfkurəsinin Azərbaycanın uğurlu inkişafının ideya əsası olduğunu deyən İ.İsmayılov Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi dəyərləndirərək qeyd edib ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

Tədbirdə digər çıxış edənlər də Azərbaycan dövlətiniə böyük uğurları qazandıran nəaliyyətlərin bünövrəsinin məhz 15 iun Milli Qurtuluş günündən başladığını bildiriblər. 44 gün davam edən qələbə Zəfərindən qürurla danışan çıxışçılar Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının müasir dünyada ədalətin bərqərar olunması üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər.

Keçirilən tədbirlərin davamı olaraq YAP Laçın rayon təşkilatının, rayon gənclər və idman idarəsinin, rayon təhsil şöbəsinin, rayon uşaq gənclər inkişaf mərkəzinin dərnək üzvləri arasında, həmçinin rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş bədii qiraət, rəsm, dekorativ tətbiqi sənət nominasiyaları üzrə və inşa yazı müsabiqə qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

sia.az

Digər xəbərlər