Siyasət

  • 2 409

"Paşinyana qeyri-ciddi münasibət göstərirlər” - POLİTOLOQ AÇIQLADI

image

“Paşinyanın KTMT-nin sammitindəki qeyri-adekvat hərəkətləri ilk dəfə deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, Paşinyan tez-tez bu cür sərsəm hərəkətlərə yol verib: “Bu adam küçədən siyasətə gəlib. Yəni siyasi bir məktəb keçməyib. Sovet vaxtında dövlət başçıları pillə-pillə irəliləyirdilər. Sonra isə onların müəyyən təhsili, dünya görüşləri olmalıdır. Paşinyan 3-cü kursdan yarımçıq çıxıb. Böyüdüyü ailədə də ziyalı olmayıb. Bütün bu hallarda Paşinyanın dünya görüşündə kifayət qədər problemlər var. Ona görə də bu, həm beynəlxalq görüşlərdə, həm ikitərəfli danışıqlarda çoxsaylı siyasi səhvlərə yol verir. KTMT-nin protokol qaydalarını da ona görə pozub. Baxmayaraq ki, KTMT-nin sədrliyi Ermənistana təhvil verilir, amma Nikol Paşinyan özünü çox qeyri-adekvat apardı. Əslində, bu cür insanlar həmin etiketlərə, diplomatik qaydalara əməl edirlər. Ona görə də, Paşinyanın bu cür hərəkətləri daim lətifəyə çevrilib. Hətta qapalı danışıqlarda olan məsələlərin mətbuata çıxması, təbii ki, həmin dövlət başçılarının dilindən çıxan məsələlərdir. Artıq bir çox dövlət başçıları da Paşinyanın qeyri-ciddi hərəkətlərini görürlər və ona görə də Paşinyana qeyri-ciddi münasibət göstərirlər”.

sia.az

Digər xəbərlər