Siyasət

  • 4 295

YAP Suraxanı rayon təşkilatı görüş keçirib

image

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının “Suraxanı OYL Opereyşn Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi üzrə ərazi partiya təşkilatında “Əsrin müqaviləsi”nin imzalanmasının 27-ci ildönümü və neftçilərin peşə bayramı münasibətilə partiya üzvləri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan şirkətin icraçı direktoru və ərazi partiya təşkilatının sədri Arzu Sarıbalayev ölkəmizdə neft sənayesində atılmış addımlar haqqında geniş məlumat vermiş və bildirmişdir ki, “Əsrin müqaviləsi”nin imzalanması prosesində 6 ölkədən 11 beynəlxalq şirkətin iştirakı Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzunun hesabına mümkün olmuşdur. Sonra o, Vüqar Seyidovun yenidən YAP Suraxanı rayon təşkilatının sədri vəzifəsinə təsdiq olunması münasibəti ilə təbrik etmişdir.Daha sonra YAP Suraxanı rayon təşkilatının sədri V.Seyidov 20 sentyabr “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və neftçilərin peşə bayramı günü münasibəti ilə Suraxanı rayonunun zəhmətkeş neftçiləri olmaqla, bütün neft sənayesində çalışan və həyatlarını bu sahəyə həsr etmiş veteranları rayon təşkilatının çoxminli üzvləri adından təbrik edərək, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.V.Seyidov görüş iştirakçılarına "Əsrin müqaviləsi" imzalandığı dövrdən bəhs edərək, Ulu Öndər Heydər Əliyevə qədər hakimiyyətdə olmuş səriştəsiz iqtidarların xalqı, dövləti və iqtisadiyyatımızı yararsız hala saldığını xatırlatdı. Torpaqların 20 faizi işğal altında olan, müharibə aparan bir dövlətlə heç bir nüfuzlu şirkətin belə bir mötəbər müqavilə imzalamayacağını xüsusi vurğulayan təşkilat sədri bildirib ki, bütün nailiyyətlər dünya birliyinin Ulu Öndər Heydər Əliyev zirvəsinə etimadı nəticəsində əldə edilmişdir. YAP Suraxanı rayon təşkilatının sədri partiyada aparılan islahatlara da toxunaraq bildirib ki, möhtərəm Prezident, YAP Sədri İlham Əliyev partiyanın qarşısında ciddi tələblər qoymuşdur. Yeni Azərbaycan Partiyasının hakim partiya olaraq dinindən, dilindən, milli mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşını öz ətrafında birləşdirməli olduğunu deyən təşkilat sədri bundan sonra hər bir partiya üzvünün rayon ərazisində ictimai nəzarət funksiyasını yerinə yetirməli və Cənab Prezidentin siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməli olduğunu vurğulayıb. Sonra YAP sıralarına yeni üzv olan bir qrup neftçiyə vəsiqələr təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.

sia.az

Digər xəbərlər