Siyasət

  • 480

"Bu gün regionda əməkdaşlıq üçün geniş imkanlar yaranıb"

Azərbaycan Prezidenti Finlandiyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinenin etimadnaməsini qəbul edib.

SİA xəbər verir ki, səfir Kirsti Narine Finlandiya Prezidenti Sauli Niinistönün salamlarını dövlətimizin başçısına çatdırdı və etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Azərbaycan Prezidenti Finlandiya Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Finlandiya dövlətinin başçısına çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Finlandiya Prezidenti ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini xatırlatdı. Dövlətimizin başçısı regionda vəziyyətin dəyişdiyini və regional əməkdaşlıq üçün geniş imkanların yarandığını vurğulayıb.

Səfir Kirsti Narine ölkələrimiz arasında çoxlu oxşarlıqların olduğunu dedi, əlaqələrimizi genişləndirmək üçün imkanların mövcudluğunu qeyd etdi. Səfir Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın, regionda sülhün və sabitliyin gücləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

19:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri, xanım Kirsti Narinenin etimadnaməsini qəbul edib.

SİA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Digər xəbərlər