Siyasət

  • 2 041

Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir - ŞƏRH

image

1820-ci ilin sonlarından başlayaraq ermənilər Azərbaycana, xüsusilə Qarabağa kütləvi şəkildə köçürülmüşdür. Ermənilər öz “mənbələrində” bölgənin adını “Artsax” kimi işlədib. Amma maraqlısı odur ki, bu sözün kökü Azərbaycana, türklərə gedib çıxır. Sözün ilkin forması “Ərsak” - ərazidə yaşayan sak tayfalarının igidlərinin, ərlərinin şərəfinə verilmişdir. Ermənilər, sadəcə olaraq, bu sözü özlərinə uyğunlaşdırıb saxtalaşdırmışlar. Sovet hakimiyyəti dövründə Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə parçalanmış və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdir. Məlum münaqişə başladığı gündən torpaqlarımız illərlə işğal altında qalmışdır. Lakin 44 günlük Vətən müharibəsi düşmənin arzularını gözündə qoydu! Zəfər günündən sonra cənab Prezident İlham Əliyev respublikamızda iqtisadi zonaların adlarını yenidən elan etdi. Azərbaycan uzun illər ərzində üzərinə düşən tarixi missiyanı həyata keçirdi. Ermənistanın təcavüzkarlıqlarının ifşa edilməsi, ölkə daxilində və ölkə xaricində bunun dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fəaliyyət apardı. Bu fəaliyyət Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində zəfərlə yekunlaşdı, Ermənistan ordusu darmadağın edildi, yeni reallıqlar yarandı. Həmçinin, ölkəmizin Dağlıq Qarabağ adlı problemi də artıq mövcud deyil, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. 30 ilə yaxın bir müddətdə torpaqları Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan bütün Beynəlxalq tribunalardan dəfələrlə bəyan etmişdir ki, nə qədər ki, Ermənistan Azərbaycanın işğal altındakı əzəli və əbədi torpaqlarını boşaltmayıb, onlarla Azərbaycan arasında heç bir Beynəlxalq əməkdaşlıqdan söhbət gedə bilməz. Hadisələrin sonrakı gedişi də göstərdi ki, Ermənistanın yanlış mövqeyi bu ölkənin iqtisadiyyatına nə qədər böyük zərbə vurmuşdur. Zəngin karbohidrogen ehtiyatlarına malik, Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycanın iştirakı olmadan bu regionda heç bir Beynəlxalq Layihələrin reallaşması mümkün deyildir. Məhz Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqeyin nəticəsində onlar Azərbaycanın regionda həyata keçirdiyi bütün Beynəlxalq Layihələrdən kənarda qalmışdır. Hansı ki, həmin layihələrdə iştirak etməsi Ermənistan iqtisadiyyatına böyük töhfələr verə bilərdi. Ermənistan başa düşməlidir ki, 30 il bundan əvvəl Azərbaycan ərazilərini işğal etməklə böyük səhvə yol vermişlər. Onlar işğal etdikləri ərazilərdə nəinki hər hansı bir tikinti-abadlıq, quruculuq işləri həyata keçirmiş, əksinə bütün yaşayış məntəqələrini-şəhərləri, kəndləri vəhşicəsinə darmadağın etmişlər. Bütün kommunikasiyaları, infrastrukturu məhv etmişlər. Əslində zəif iqtisadiyyata malik, heç bir yeraltı və yerüstü sərvəti olmayan Ermənistannın hər hansı bir quruculuq işləri görməyə iqtisadi gücü də yoxdur. Amma barbarlıq onların xislətində vardır ki, onu da işğal etdikləri Azərbaycan torpaqlarında bir daha nümayiş etdirmişlər. Ermənistan bizimlə qonşu olduğunu da xatırlamalıdır. Onlar başa düşməlidirlər ki, biz daim yan-yana yaşamalıyıq. Bunun heç bir alternativi yoxdur. Onlar kini, küdurəti, düşmənçiliyi kənara qoyub bizimlə dinc-yanaşı yaşamağı öyrənməlidirlər. Ermənistan nə qədər bu məsələlərə diqqətlə yanaşarsa, alınmış dərslərdən nə qədər tez nəticə çıxararsa, bu onların özü üçün daha faydalı olar. Ölkə Prezidenti cənab İlham Əliyev iyunun 16-da keçirilmiş “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda çıxışı zamanı bir daha Ermənistan hakimiyyətinə xəbərdarlıq edərək: - “Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb” demişdir.

Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri

Digər xəbərlər