Siyasət

  • 2 302

Azərbaycanda ilk nizami ordu quruculuğunun müəllifi Ulu Öndər Heydər Əliyevdir

image

1993-cü ilin əvvəllərində hakimiyyət böhranı yaşayan Azərbaycan dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsini yaşayırdı. Bir tərəfdən erməni işğalçıları tərəfindən torpaqlarımızın zəbt edilməsi, digər tərəfdən ölkə daxilindəki xaos hakimiyyət böhranını getdikcə dərinləşdirirdi. Məhz bu çətin bir dönəmdə xalq öz nicat yolunu Azərbaycanımızın böyük oğlu Heydər Əliyevdə gördü və xalqın təkitli tələbi ilə Ulu öndər 9 iyun 1993-cü il tarixdə Naxçıvandan Bakıya gəldi, xalq öz xilaskarını böyük izdihamla və sevinc hissi ilə qarşıladı.

15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçilən Ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin xilası üçün bir çox sahələrdə düşünülmüş addımlar atmağa başladır. Bunlardan biridə ərazisinin bir qismi erməni separatçıları tərəfindən işğal olunmuş Azərbaycan dövlətinin ordu quruculuğu sahəsi idi. Bəli, Azərbaycanda ilk nizami ordu quruculuğunun müəllifi Ulu Öndər Heydər Əliyevdir. Ulu öndərin uzaqgörənliyi və qətiyyətli mövqeyi sayəsində qısa müddət ərzində Azərbaycanda ordu quruculuğu formalaşdırıldı.
Ulu öndər Heydər Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ön xəttə səfərlər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi.
Bu gün Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırıldı, ordumuz ən müasir silah və texnika ilə təchiz olundu və 44 günlük Şanlı Vətən Müharibəsində zəfər çaldı, torpaqlarımız düşmən tapdağından azad edildi.
Qürur hissi ilə deyə bilərik ki, 44 günlük Vətən müharibəsi zamanı xalq sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdi və tarixi ədalət bərpa olundu.

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər