Siyasət

  • 2 577

BMT Azərbaycan və Ermənistan arasında sərhədlərin tezliklə demarkasiyasına çağırır

image

BMT Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında yaranmış təhlükəli gərginlikdən narahatdır və tərəfləri gərginliyi azaltmaq üçün ciddi addımlar atmağa çağırır. SİA-nın məlumatına görə, bu barədə baş katibin Avropa, Mərkəzi Asiya və Amerika üzrə müavini Miroslav Jenka BMT Təhlükəsizlik Şurasının Azərbaycanla Ermənistan arasında dövlət sərhədində baş verən gərginliyə həsr olunmuş iclasında deyib.

Onun sözlərinə görə, hər iki ölkədəki BMT qrupları hökumətlərlə əlaqə saxlayır və şərait imkan verərsə, təşkilat yaranan humanitar ehtiyacların ödənilməsinə kömək etməyə hazırdır: "Bu, 2020-ci ildən bəri ən böyük və ən ciddi münaqişədir. Bu fakt iki ölkə arasında münasibətlərin normallaşması prosesinin maneələrlə üzləşdiyini sübut edir. Son eskalasiya tərəflərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması çərçivəsində davam edən delimitasiya və demarkasiya prosesində irəliləməsinin zəruriliyini vurğulayır. Tərəfləri sərhəddəki gərginliyi azaltmaq üçün bu mühüm mexanizmdən istifadə etməyə çağırırıq. Toqquşmalar bir daha bu regionda və ondan kənarda sülh yolu ilə həll üçün aktorların konstruktiv iştirakı barədə xatırlatma edib".

Avropa İttifaqı və Rusiyanın vasitəçiliyini qeyd edən BMT rəsmisi əlavə edib ki, BMT bu beynəlxalq səyləri tam dəstəkləyir. O vurğulayıb ki, onların fəaliyyəti uzunmüddətli sülhə nail olmaq üçün tərəfləri dialoqa aparan şərait yarada bilər.

Digər xəbərlər