Siyasət

  • 2 707

Sapı özümüzdən olan baltalar - ŞƏRH

image

Müstəqilliyindən çox vaxt keçməsə də Azərbaycan Respublikası sürətli inkişaf yolları ilə irəlilədi. Bu inkişafın sayəsidir ki, Azərbaycan regionun ən qüdrətli dövlətinə çevirilib.Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətləri arasında böyük nüfuza malikdir. Beynəlxalq aləmdə söz sahibidir. Nəticəsidir ki, Azərbaycanın artan gücü sayəsində 30 il mənfur düşmənin işğalı altında olan torpaqlarımız 44-günlük Vətən müharibəsi ilə işğaldan azad olundu.Azərbaycanın ərazi bütövlüyü təmin olundu.

Təəssüf ki, Azərbaycanın bu qürurverici qüdrətinə bəzi dövlətlər kimi ölkəmizin öz üzdəniraq vətəndaşları da bədxahlıq edir,qısqanclıqla yanaşaraq qarayaxmalar edənlər var.Bu ilin sentyabr ayının 12-dən 13-ə keçən gecə alçaq niyyətli düşmənin Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən rayonları istiqamətində ordumuzun bölmələrinə qarşı törətdiyi təxribatın qarşısını çox böyük qəhrəmanlıqlarla alan ordumuza qarşı, dövlətimizə qarşı bəzi sosial şəbəkələrdə həqiqətdən çox-çox uzaq olan iftiralar səsləndirirlər. Azərbaycan dövlətinin,onun şücaətli ordusunun şəninə insanlığa yaraşmayan böhtan yağdırırlar.

Azərbaycan dövlətinin imicini ləkələmək məqsədi ilə həyata keçirilən qarayaxma kampaniyasının təçkilatçıları və icraçıları haqqında kifayət qədər məlumata sahibik. Hesab edirik ki,demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək dövlətimizə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini dərk etməli və cavabdehlik daşımalıdır. Ermənilər və onların içimizdəki əlaltıları Müzəffər Ali Baş Komandanımızın nüfuzundan narahatdılar və Cənab Prezidentimizin dünya arenasında olan nüfuzunu həzm edə bilmirlər.

Hakimiyyətdə olanda torpaqlarımız sayələrində işğal edilən insanlar, bu gün Prezidentimiz İlham Əliyevə qarşı qarayaxmayla məşğuldular.Sapı özümüzdən olan satqınlar respublikamızda qarışıqlıq yaratmaq istəyirlər.Özlərinin hakimiyyətdə olduqları dövürdəki kimi anarxiya yarada bilməyəcəklərini bu vətən xainləri anlamırlar.Bu gün dünya liderlərinin hesablaşdığı prezidentimiz var.

Mən bir Şəhid bacısı kimi,bir təhsil işçisi kimi belələrinə ar olsun deyir və onları vicdana,qeyrətə səsləyirəm.Vətən uğurunda canlarını qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyirəm!

Həqiqət Məmişova

Şəhid bacısı, 84 saylı tam orta məktəbin direktoru, YAP fəalı

Digər xəbərlər