Siyasət

  • 1 156

Naftalanda Vətən müharibəsinin mülki şəhid ailəsi ziyarət olunub

image

Vətən müharibəsinin ildönümü ərəfəsində Milli Məclisin deputatı Anar Məmmədov Naftalan şəhərində Vətən müharibəsinin ilk mülki şəhid ailəsi Qurbanovlar ailəsini ziyarət edib. Ziyarətdə şəhər ağsaqqalları və ziyalıları iştirak edib.

Millət vəkili Anar Məmmədov bildirib ki, Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısı nəticəsində bu qruplarla bağlı bütün sosial proqramlar, həmçinin şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin evlə təminatı proqramı uğurla həyata keçirilir.
Şəhid ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsinin ilk günü 27 sentyabr tarixində erməni vandallarının atdığı top mərmisi nəticəsində Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində ikisi uşaq olmaqla Qurbanovlar ailəsinin beş üzvü həyatını itirib.

yap.org.az

Digər xəbərlər