Siyasət

  • 2 149

Ağdamın inkişaf dövrünün əsası qoyulur ŞƏRH

image

2022-ci il oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” –postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başladı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.Prezident İlham Əliyev həmin tədbirdə "Ağdama xoş gəlmisiniz"-deyərək 40-dan çox ölkənin nümayəndələrini salamlayıb və "Mən çox şadam ki, biz Azərbaycan Milli Şəhərsalma Forumunu burada - Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkanda təşkil edirik"-deyib. Prezident bir zamanlar həyat dolu olan Ağdam şəhərindən heç nə qalmadığını, işğal dövründə dağıdıldığını, 30 il ərzində daşları bir-bir sökülməklə oğurlanıb satıldığını, lakin Cümə məscidinin isə yarı dağıdılaraq həmin məscidin minarələrindən Azərbaycan ordusunun mövqelərini müşahidə etmək məqsədi ilə saxlanıldığını, Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar olduğunu, Ermənilərin məsciddə donuz və inək saxladığını, azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağıldığını, onlardan 2-sini – birini Ağdamda, digərini isə Şuşada yarımçıq sökərək etdiklərini, işğal altında saxladıqları ərazilərə 1 milyondan çox mina basdırdıqlarını, iki il bundan əvvəl olmuş Vətən müharibəsi başa çatandan bəri təxminən 250 azərbaycanlının minaların partlaması nəticəsində həlak olduğunu və ya ağır yaralandığını, bu rəqəmin hər həftə artığını, təkcə keçən həftə 2 nəfərin həlak olduğunu, 3 nəfərin isə ağır yaralandığını bildirib.

Daha sonra prezident qonaqların diqqətinə burada - Ağdamda gördüklərinin Qarabağ ərazisində hər bir kənddə görə biləcəklərini, Füzuli şəhərinin də, Cəbrayıl, Qubadlı, Zəngilanın da tamamilə dağıdıldığını, bütün binaların dağıdılmadığı yeganə yerlərin isə Şuşa, Laçın və qismən Kəlbəcər olduğunu qeyd edib.
Prezident qonaqlara bildirib ki, bizim əsas vəzifəmiz Qarabağı işğaldan azad etmək idi, biz bu məqsədimizə nail olmuşuq, indi isə əsas vəzifəmiz Qarabağın bərpa olunması və dirçəldilməsidir.
Prezident iştirakçıların diqqətinə sülh prosesi barədə Azərbaycanın mövqeyini çatdırıb və İşğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfinin de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək olduğunu, məhz buna görə danışıqlar prosesinin heç bir nəticə olmadan 28 il davam etdiyini, BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların heç bir iş görmədiyini, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan strukturun və onun həmsədrlərinin işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olsalar da, Ermənistanı qınamaqlarını da qeyd edib:"Ona görə də bu gün Azərbaycan özü beynəlxalq hüququ bərpa edib, BMT qətnamələrini icra edib, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək bizim milli ləyaqətimizi bərpa edib".
Prezident Azərbaycanın Ermənistana sülh təklif etdiyini, Sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini, - xüsusən də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması, - irəli sürdüyümüzü diqqətə şatdırıb və Sülh prosesi ilə bağlı bizdə müəyyən nikbinlik olduğunu, çünki bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş keçirildiyini, əgər Ermənistanın sülhü seçməsə, onların növbəti ciddi səhvə yol verəcəklərini qeyd edib. Prezident eyni zamanda, ümumi uzunluğu 400 kilometrdən çox olan sərhədi müəyyənləşdirmək üçün tarixi sənədlərə, tarixi xəritələrə, beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq fəal şəkildə iş aparıldığını qeyd edərək sərhədlərin delimitasiyası üzrə iki müvafiq komissiyanın - Azərbaycan və Ermənistan komissiyalarının da vaxt itirməyəcəklərinə və iki ölkə arasında faktiki mövcud olmayan sərhədin müəyyənləşdirilməsi üzərində fəal işləyəcəklərinə əmin olduğunu qeyd edib.
Sonda prezident ötən müddət ərzində baş verən hadisələr haqqında məlumat verdikdən sonra bu gün bizim- yəni Azərbaycanın yeni çağırışlarla üzləşdiyini, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması vəzifələri üzərində işlər görüldüyünü, çətin şəraitdə yaşayan 300 mindən çox məcburi köçkünün yeni ev və mənzillərlə təmin olunduğunu, artıq Böyük Qayıdış proqramının işə başlandığını, bütün şəhərlərin Baş planlarının aparıcı beynəlxalq şirkətlər tərəfindən artıq hazırlandığını və təsdiqləndiyini bildirib.

QAFAR ƏLİYEV
YAP Qaradağ rayon təşkilatının sədri

Digər xəbərlər