PDF Oxu

Sosial

  • 1 016

Boşanma zamanı sənədsiz evin bölgüsü necə olur? - AYDINLIQ GƏTİRİLDİ

image

“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli Qərarəna əsasən bu əmlakların qeydiyyatda olmamasına, hətta qanunsuz olmasına baxmayaraq, bundan sonra boşanma zamanı özbaşına tikililər də bölünəcək”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.Onun sözlərinə görə, Ali Məhkəmə Plenumunun martın 12 mart 2024-cü il tarixli Qərarında boşanma ilə bağlı indiyədək problemlər yaradan məsələlər həllin tapıb. və dəqiqləşdirmələr aparılıb: “Ali Məhkəmə Plenumunun Qərarında boşanmalar zamanı tez-tez rast gəlinən problemli olan qeydiyyatsız və özbaşına tikililər barədədir. Yeni qərara əsasən, əmlakların qeydiyyatda olmamasına, hətta qanunsuz olmasına baxmayaraq, bundan sonra boşanma zamanı özbaşına tikililər də bölünəcək”.Fariz Əkbərov sözlərinə belə davam edib: “Eyni zamanda ər-arvadın birgə nikah dövründə ipoteka krediti ilə alınan əmlakı ilə bağlı yeni qayda tətbiq olunub. Əmlak ümumi hesab edildiyi kimi bankdan götürülən kredit də hər ik tərəfdən ödəməlidir”.

Ayşən Vəli

Digər xəbərlər