Milli Hidrometeorologiya Xidməti fevralın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Hacıqabul, Şamaxı, Qobustan, Daşkəsən, Gədəbəy, Tovuz, Göygöl, Goranboy, Şəmkirdə cənub-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.