PDF Oxu

Sosial

  • 1 008

Çoxmərtəbəli binalarda yaşayanlar bələdiyyəyə vergi ödəməlidir? - EKSPERT AÇIQLADI

image

Bina evində yaşayan vətəndaşlar hər ay müxtəlif ödənişlərlə qarşılaşır: komendant pulu, JEK xidməthaqqı, kommunal xərclər. Bunlar azmış kimi hələ mənzil sahiblərindən bələdiyyə tərəfindən əmlak vergisi də tələb olunur. Bəs çoxmərtəbəli binalarda yaşayanlar niyə bələdiyyəyə vergi ödəməlidir? Onsuz da bina sakinləri təmizlik, lift, həyətin abadlığı üçün ayrıca pul ödəyirlər. Bu ödənişlər bir-birini təkrarlayırmı, yoxsa hərəsinin öz funksiyası var?Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, jeklərin səlahiyyəti ancaq tullantıların, zibillərin daşınması, binaların təmizlənməsi və bu xidmətləri göstərməkdir:"Konkret olaraq bəzi yerlərdə pulların yığılması ilə bağlı qarışıqlıq var. Məsələn, bəzi yerlərdə bələdiyyələr pulları yığır, bəzi yerlərdə isə jeklər. Həqiqətən, burada hansı pulu kimin yığacağı aydın deyil.Bəzi yerlərdə bələdiyyələr, bəzi yerlərdə jeklər bu pulları yığır. Bu barədə çatışmazlıq var, vətəndaşlar konkret olaraq bilmir ki, xidmət haqqını kimə ödəməlidir. İnsanlarda çaşqınlıq yaranır. Buna görə dövlətin nəzarəti vacibdir və hər bir qurum konkret olaraq öz xidməti üçün ödəniş almalıdır.Çox vaxt, məsələn, mənim eşitdiyimə görə, zibil pulu bir tərəfdən jeklər tərəfindən tələb olunur, digər tərəfdən isə bələdiyyə tələb edir. Vətəndaşlar haqlı olaraq sual edir: mən jekə pul ödəyirəmsə, bələdiyyə niyə əlavə pul tələb edir? Bu qarışıqlıq, təşkilatların bir-birinə əlaqəsizliyi və ya koordinasiyasızlığından yaranır. Vətəndaşlar bilməlidir ki, tullantıların ödənişi konkret olaraq hansı təşkilata edilməlidir.Burada bir boşluq var ki, yaxşı olardı düzəldilsin, vətəndaşlar pullarını haraya ödəyəcəklərini aydın bilsinlər. Çox hallarda vətəndaşlar ilə tikinti şirkətləri arasında xidmət haqqının ödənilməsi ilə bağlı problemlər yaranır. Məsələn, vətəndaş müqavilədə olmayan bir pulu ödəməyə məcbur qalır, məsələn, bərpa və ya abadlaşdırma üçün.Vətəndaş haqlı olaraq narazılıq bildirir: əgər hər ay xidməthaqqını ödəyirəmsə, niyə əlavə pul tələb olunur? Toplanılan məbləğdən istifadə olunaraq bərpa və abadlaşdırma işləri görülməlidir. Əgər şirkət pulları saxlamır və lazım olduqda əlavə tələb edirsə, bu qanunsuzdur. Vətəndaş hər ay xidmət haqqını ödəyir, buna görə əlavə pul tələb etmək düzgün deyil.Şirkət vətəndaşlardan yığılan büdcədən istifadə edərək, xarab olan yerləri təmir etməli, abadlaşdırmalı və ya düzəltməlidir. Vətəndaşlar ilə şirkətlər arasında müqavilə bağlanması vacibdir ki, xidmətlərin nədən ibarət olduğu və məbləği aydın göstərilsin. Bu, gələcəkdə problemlərin yaranmasının qarşısını alır.Məsələn, MTK daxilində təmizlik, liflərin və blokların təmizlənməsi, zibillərin atılması və digər xidmətlərin pulu MTK tərəfindən alına bilər. Lakin daşınma pulu jeklər və ya bələdiyyə tərəfindən ödənilməlidir. MTK-nın daşınma xidmətləri üçün pul yığmağa ixtiyarı yoxdur. Əgər MTK belə pul alırsa, bu qanunsuzdur. MTK yalnız göstərdiyi xidmətlər, yəni təmizlik və yığımla bağlı ödənişləri ala bilər.Bəzi hallarda ödənişlər bir-birini təkrarlayır: bir tərəfdən tullantılar üçün pul yığılır, digər tərəfdən jeklər, digər tərəfdən isə şirkətlər. Bu qarışıqlıq qanunla açıq şəkildə tənzimlənməlidir ki, vətəndaşlar hansı xidmət haqqını kimə ödəyəcəklərini bilsinlər. Təşkilatlar bir-birindən xəbərsiz və qarışıq şəkildə vətəndaşlardan əlavə pul tələb etməməlidir".

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər