“Azərbaycan xarici ölkələrlə əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı münasibətlərin yaxşılaşdırılmasına daimi böyük önəm verir. Bu prioritet ölkənin iqtisadi, siyasi və təhlükəsizlik potensialının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.Onun sözlərinə görə, əməkdaşlıq münasibətlərinin genişləndirilməsi müxtəlif sahələri əhatə edir: iqtisadi, ticari, mədəni, turizm, ekologiya və digər sahələrdə əlaqələrin inkişafı həm milli iqtisadiyyat üçün əhəmiyyətlidir, həm də Azərbaycanın beynəlxalq aləmdə tanınmasına imkan yaradır:“Son illərdə Azərbaycanın xarici ticarət əlaqələri xeyli möhkəmlənmişdir. Ölkəmiz bu gün 128 ölkəyə məhsul ixrac edir və 173 ölkədən idxal həyata keçirir. Xarici ticarət dövriyyəsinin ildən-ilə artması, xüsusilə faktiki qiymətlərlə 3,2% artım müşahidə olunması, iqtisadi dinamikanın möhkəmlənməsinə işarədir. Əsas ticarət tərəfdaşları arasında İtaliya, Türkiyə, Rusiya, Çin, Amerika Birləşmiş Ştatları və Almaniya yer alır. İdxal olunan məhsullar bazarda qiymətlərin sabit qalmasına və müəyyən qiymətlərin tənzimlənməsinə kömək edir.Ölkəyə investisiyaların cəlb olunması prioritet məsələlərdən biridir və bu istiqamətdə dövlətin siyasəti, cənab İlham Əliyev tərəfindən daima diqqət mərkəzində saxlanılır. Son illərdə ölkəyə ümumi 300 milyard dollardan çox investisiya cəlb edilmişdir ki, bu da əvvəlki illərə nisbətən əhəmiyyətli artım deməkdir. Ticari və iqtisadi əlaqələrin genişləndirilməsi, investisiyaların artırılması və regional layihələrin həyata keçirilməsi Azərbaycanın inkişafına, eyni zamanda beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə töhfə verir.Dövlət siyasətində ixrac olunan məhsulların keyfiyyətinin artırılması, xarici bazarlarda dəyərinin yüksəldilməsi və mühüm sahələrə investisiyaların yönləndirilməsi əsas istiqamətlərdəndir. Hökumətin həyata keçirdiyi tədbirlər artıq konkret nəticələrini göstərməkdədir.Bütün bunlar həm ölkə iqtisadiyyatının inkişafına, həm də vətəndaşların rifah halının yaxşılaşmasına birbaşa töhfə verən cəhdlərdir. Dövlət beynəlxalq münasibətlərin prinsiplərini rəhbər tutaraq, qlobal reallıqları qiymətləndirir və xüsusilə regional əməkdaşlıq sahələrində ölkələrarası münasibətlərin inkişafına çalışır.Əməkdaşlıq imkanlarının genişləndirilməsi və operativ tədbirlərin həyata keçirilməsi Azərbaycanın gələcək inkişafına hesablanmış strateji addımlar hesab olunur və bu yanaşma həm beynəlxalq səviyyədə, həm də yerli tədbirlərdə ölkənin mövqeyinin möhkəmlənməsinə dəstək verir”.
Müəllif: Günay Hacıyeva
Mütəxəssis zədə riskini azaltmağa və illərlə fiziki formanı qorumağa kömək edə biləcək sadə bir məşq öncəsi addımı paylaşıb...