PDF Oxu

Sosial

  • 394

Yeri ürəklər olan Vətən sevdalısı - FOTO

image

29 avqust zəfər şəhid Raqib Vidadi oğlu Əzizovun anadan olduğu gündür
Raqib Vidadi oğlu Əzizov. İndi bu ad çəkiləndə xalqımız qürur hissi keçirdir. İgidliyi, mərdliyi dillərdə dastana dönən, yeri ürəklər olan Vətən sevdalısı, 44 günlük haqq savaşımızın zəfər şəhidi Raqib ölməyib, bundan sonra da qərinələr keçəcək həyatı örnək olaraq həmişə böyük ehtiramla xatırlanacaq.
Azərbaycan Sılahlı Qüvvələrinin giziri olan Raqib Əzizov 29 avqust 1991-ci ildə Masallının Yolağac kəndində dünyaya göz açıb. Vətənə sevgi, düşmənə nifrət ruhunda böyüyən, həmişə Qarabağın işğalına qarşı barışmaq mövqe göstərən Raqib 2009-2011-illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Düşməndən qisas almaq məqsədilə həyatını hərbiyə bağlayıb. 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin TTM-də təhsil alır və hərbidə bağlama rabitə bölüyünün mobil retranslyasiya stansiyasının rəisi vəzifəsində çalışıb. Ürəyi Vətənə, torpağa sevdalanan Raqib nümunəvi xidmət göstərməklə bərabər, həm də düşməndən alacağı öcə mükəmməl qaydada hazırlaşır.
Nəhayət, 27 sentyabr 2020-ci il başlanan Vətən müharibəsində Raqib istəyinə çatıb. Odlu-alovlu səngərdə yerini tutan qəhrəman döyüşçü zəfər günümüzə qədər erməni dığalarına qan qusdurub. 44 günlük haqq savaşımız başa çatandan sonra hərbi xidmətini davam edib. Dekabrın 8-də Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış erməni quldurlardan ibarət bir dəstə Azərbaycan Ordusunun bölmələrini atəşə tutub. Gizir Raqib Əzizov yağıya qarşı son nəfəsə qədər döyüşüb Vətən yolunda canından keçib. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsi də məhv edilib.
R. Əzizov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, Xocalının, Zəngilanın azadlığına görə medalları ilə təltif edilib.
Bəli, öz polad sinəsi ilə Vətəni alınmaz qalaya çevirən Raqib kimi qəhrəmanlarla fəxr etməyə dəyər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər