Azərbaycan və İspaniyanın özəl şirkətləri turizm sahəsində daha intensiv əlaqələr qura bilər.Bunu İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada deyib.O bildirib ki, hər iki ölkə bu cür əlaqələrin qurulmasında maraqlıdır:
"2018-ci ildə İspaniya 80 milyondan çox turist qəbul edib və ən çox səfər olunan ikinci ölkəyə çevrilib. Eyni zamanda, İspaniyaya Azərbaycandan gələn turistlərin sayı çox deyil, ildə 50 min nəfərdən azdır. Azərbaycan sənayesi indi inkişafdadır, amma ispan istehlakçısı üçün hələ də az məlum olan istiqamətdir".
İ.Sançes Taboada əlavə edib ki, iki ölkənin şirkətləri birgə əməkdaşlıqdan fayda görəcək:
"İspaniya qastronomiya sənayesində qədim, peşəkar təlim ənənələrinə malikdir, bu, Azərbaycanın artmaqda olan sənayesində istifadə edilə bilər".
yap.org.az
...sadəcə olaraq,..işdən çıxın! Rusiyalı köşə yazarı Kolesnikov müəllimlərə və təhsil işçilərinə məsləhətlər verib...
Əvvəllər Tatarıstan istehsalçısının halal olduğu iddia edilən kolbasalarında donuz DNT-sinin tapıldığı bildirilirdi...
Pentaqon həm müdafiə, həm də hücum imkanlarını inkişaf etdirir...
Rusiyalı keşiş cənnət və cəhənnəm haqqında 5 mifi dağıdır. Cəhənnəm necə qurulub və insanlar niyə cənnətə gedirlər?
Müəyyən hallarda, “Morpheus krallığına düşməyin” mümkünsüzlüyü mütəxəssis qiymətləndirməsini tələb edir...