Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərində atıcı silahlardan və qumbaraatanlardan praktiki atış icra edilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, toplanış günlərində günün nizam qaydalarına uyğun olaraq, hərbi vəzifəlilərlə nizam-intizam qaydalarını möhkəmləndirmək məqsədilə sıra hazırlığı və ictimai-siyasi hazırlıq məşğələləri keçirilib.
Toplanışın növbəti günündə təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlara atıcı silahların və qumbaraatanların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilib və məşq etdirilib. Daha sonra təlimə cəlb olunan şəxsi heyət atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmalarını icra ediblər.
Bu beş modeli öldürmək mümkün deyil...
Endokrinoloq qlükoza mübadiləsi pozğunluğu olan insanların pəhrizinə hansı dənli məhsulların daxil edilə biləcəyini və sağlamlığın sabit qalmasına kömək edə biləcəyini izah edib
Dünyanın ilk kvant batareyası ultra sürətli şarj təmin edir...
O, bir əsr yarım əvvəl yoxa çıxmışdı...