PDF Oxu

Cəmiyyət

  • 2 826

"Nestle" uşaqları zəhərləyə biləcəyini etiraf etdi - ŞOK

image

Məhşur uşaq qidası brendi olan "Nestle", qida zəhərlənməsinə səbəb ola biləcək "sereulid" toksini ehtiva etdiyinə dair şübhələrə görə SMA brendi altında istehsal etdiyi bəzi körpə qida qarışığı və əlavə məhsullarını geri çağırdı. Öz sahəsinin nəhəngi hesab edilən şirkət SMA brendi altında satılan və "ana südünə bənzər qida" təmin etməyi hədəfləyən körpə qida qarışığı və əlavə məhsulların müəyyən buraxılışlarının körpələr üçün təhlükəli ola biləcəyini bildirib.

Səsqazeti.az xarici media orqanlarına istinadən bildirir ki, şirkət, məhsulların ürəkbulanma və qusmağa səbəb ola biləcək "sereulid" adlı bir maddə ehtiva edə biləcəyini açıqlayıb. Bəyanatda belə qeyd olunur: "Körpələrin təhlükəsizliyi və sağlamlığı bizim mütləq prioritetimizdir. Valideynlərə və müştərilərdən yaratdığımız narahatçılığa görə üzr istəyirik."

Geri çağırışa daxil olan məhsulların partiya nömrələri "Nestle"nin rəsmi saytında və Böyük Britaniya Qida Standartları Agentliyinin food.gov.uk saytında dərc edilib. Mütəxəssislərin fikrincə, "sereulid" qida zəhərlənməsinə səbəb ola biləcək müəyyən növ bakteriyalar tərəfindən istehsal olunan zəhərli maddə kimi tanınır.

Baş vermiş bu hadisə ana südünün əhəmiyyətini bir daha sübut edir. Süni qarışıqlar heç bir halda ana südünün əvəzləyicisi deyil, təhlükəli toksin ehtiva etməsə belə bu cür qidalanma uşaq orqanizmi üçün tələb olunan qida maddələrini təmin edə bilməz. Ana südü təkrarolunmazdır və bütün uşaqların təməl qidasıdır.

Digər xəbərlər