PDF Oxu

Cəmiyyət

  • 2 711

Beynimiz təhlükədədir: tədqiqat göstərir ki...

image

Yaponiyada aparılan yeni bir araşdırma, qanında C vitamini səviyyəsi yüksək olan insanların beyin quruluşunun daha yaxşı qorunduğunu sübut edib. Bu o demək deyil ki, C vitamini beyni tam qoruyur. Bu, o deməkdir ki, beyin sağlamlığına fayda verən əsas elementlərdən biri də C vitaminidir.

C vitamini ümumiyyətlə immun sistemini müdafiə edən əsas vitamindir. Sözügedən tədqiqata Yaponiyanın Hirosaki şəhərində yaşayan 2044 nəfər daxil edilib. İştirakçıların orta yaşı 69, qrupun 61 faizi isə qadın idi. Tədqiqatçılar iştirakçıların beyinlərini MRT müayinələrindən istifadə edərək araşdırıblar.

Tədqiqatın vacib aspektlərindən biri də C vitamini səviyyələrinin yalnız qida anketləri vasitəsilə deyil, həm də qan plazması vasitəsilə ölçülməsi idi. Tədqiqatçılar həmçinin yaş, siqaret çəkmə, diabet və bəzi həyat tərzi amilləri kimi dəyişənlər nəzərə alınıb. Buna baxmayaraq, C vitamini səviyyəsi aşağı olan insanların beyin toxumasının həcminin daha aşağı və struktur əlaqələri daha zəif olduğu bildirilib.

Tədqiqatda "standart rejim şəbəkəsi" kimi tanınan bir beyin şəbəkəsi xüsusilə diqqətəlayiq idi. Bu şəbəkə yaddaş, düşüncə, introspektiv zehni proseslər və idrak funksiyaları ilə əlaqələndirilir. Alimlərə görə, bu şəbəkənin əlaqələrinin C vitamini səviyyəsi daha yüksək olan insanlarda daha güclü görünməsi qidalanma və beyin quruluşu arasındakı əlaqə ilə bağlı yeni suallar doğurur. Məlumdur ki, eyni şəbəkə Alzheimer xəstəliyi və depressiya kimi xəstəliklərdə də təsirlənə bilər.

Tapıntılar təəccüblü olsa da, tədqiqat C vitamininin beynin qocalmasını birbaşa ləngitdiyini sübut etmir. Başqa sözlə, tədqiqatçılar yalnız eyni dövrdə C vitamini səviyyələri ilə beyin quruluşu arasında əlaqə görüblər. Bu əlaqənin səbəb-nəticə əlaqəsinin olub-olmadığı hələlik dəqiq deyil.

Qeyd edəki, C vitamini çatışmazlığı insanlarda yorğunluq, immunitet zəifliyi, diş əti qanamaları və yaraların gec sağalması kimi problemlərə yol açır. Uzunmüddətli və ağır C vitamini əskikliyi dəri problemlərinə və oynaq ağrılarına səbəb olur.

C vitamini əskikliyi olan şəxslərdə ən çox müşahidə edilən əlamətlər diş əti problemləri, diş ətlərində həssaslıq, şişkinlik və qanaxmalar, dəmir mənimsəmə problemi yaradır. C vitamini bitki mənşəli dəmirin sorulmasına kömək edir, əskikliyi isə dəmir çatışmazlığı anemiyasına səbəb ola bilər.

C vitamini əskikliyi yara sağalmasını gecikdirir. Həmçinin kollagen sintezi azaldığı üçün kəsiklərin və ya yaraların sağalma müddəti uzanır. Dəridə göyərmələr və kiçik qansızmaların da səbəbi C vityamini əksikliyi ola bilər. Enerji itkisi, əzələ ağrıları və xroniki yorgunluq hissi, immunitet zəifliyi, infeksiyalara qarşı müqavimətin azalması da məhz C vitamininin azlığıdır.

Digər xəbərlər