PDF Oxu

Dünya

  • 3 241

Üç Rusiya neft emalı zavodu qismən bağlanıb

image

...Rusiyada üç neft emalı zavodu sanksiyalara görə fəaliyyətini qismən dayandırıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Xarici Kəşfiyyat Xidməti Facebook-da bildirib.

...Kəşfiyyat məlumatlarına görə, neft emalı zavodlarının dayandırılması daxili neft emalı həcmlərinə, ixrac öhdəliklərinin yerinə yetirilməsinə mənfi təsir göstərəcək, daxili bazarın yanacaq təchizatı ilə bağlı vəziyyəti pisləşdirəcək və müəssisələrin texniki xidməti eləcə də modernləşdirilməsi xərclərini artıracaq.

Dayanma zamanı neft emalı gücünün həcmi ayda 1,8-2 milyon ton təşkil edəcək. Xarici Kəşfiyyat Xidməti qeyd edir ki, neft emalı zavodunun dayanmasının səbəbi beynəlxalq sanksiyalar nəticəsində Qərb avadanlığı və komponentlərinə çıxışın məhdudlaşdırılması və texniki xidmət eləcə də modernləşdirmə üçün lazım olan xarici ehtiyat hissələrini əvəz edə bilməməsidir.

...Əslində Rusiyanın idxalı əvəzləmə proqramı ciddi nəticələr vermədi. Rusiya avadanlıq istehsalçıları bazar tələbatının təqribən 30-45 faizini və yalnız bəzi komponentləri təmin edir, - məlumatda deyilir.

Kəşfiyyat məlumatlarına görə, Rusiya da avadanlıqları Çin texnologiyası ilə əvəz edə bilməyib.

Əli Babayev

Digər xəbərlər

Kremldə isteriya baş qaldırıb...

Putin vəziyyəti daha da ağırlaşdırır...

Svitan Rusiyanın NATO-ya hücumu üçün mümkün ssenarini təsvir etdi

Hərbi ekspert eskalasiyanın üç-dörd mərhələsini müəyyən etdi...

Putinin “ölü əli”: Rusiya nüvə cavab zərbə sistemini canlandırdı

Ural dağlarında “Obyekt 1335” kimi tanınan gizli yeraltı hərbi kompleks genişləndirilib...

“Belarusdakı dəyişikliklər Rusiyanın məğlubiyyətinin açarı ola bilər”

Tarixçi Avropanın gələcək təhlükəsizliyi üçün üç şərt müəyyən etdi...

Ukraynalılar argentinalı muzdlunu əsir götürüb

Argentinalı “nayomnik” Liman yaxınlığında döyüşürmüş...

Putinə əsas zərbə ordudan gəlməyə bilər...

Kremlin reallığa qarşı müharibəsi məhvə məhkumdur...