PDF Oxu

Dünya

  • 2 982

Aİ Diplomatiyasının keçmiş rəhbəri “moşennik” çıxdı

Aİ Diplomatiyasının keçmiş rəhbəri “moşennik” çıxdı

Aİ-nin Brüsseldəki diplomatik xidmət qərargahında aparılan axtarışlar nəticəsində 3 nəfər saxlanılıb. Avropa Baş Prokurorluğu (EPPO) Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) Brüsseldəki qərargahında Aİ vəsaitlərinin sui-istifadəsi ilə bağlı aparılan axtarışları təsdiqləyib. Euractiv mənbələri bu gün axtarışlar barədə məlumat verib. EPPO-nun mətbuat xidmətindən verilən məlumata görə, üç şübhəli şəxs saxlanılıb.

Polis həmçinin Brugesdəki Avropa Kollecinin bir neçə binasında və şübhəlilərin evlərində axtarışlar aparıb. EPPO-nun məlumatına görə, saxlanılanlar fırıldaqçılıq, korrupsiya və cinayətkar maraqların toqquşmasında şübhəli bilinirlər. Axtarışlar zamanı bir neçə sənəd ələ keçirilib. İstintaq Avropa Anti-Fraud Bürosunun (OLAF) dəstəyi ilə aparılır.

Ehtimal olunur ki, EEAS rəsmiləri Avropa Kollecinin nümayəndələrini gənc diplomatlar üçün on aylıq təlim proqramı üçün 2021-ci il tenderinin seçim meyarları barədə əvvəlcədən məlumatlandırıblar. Mənbələr əvvəllər Euractiv-ə bildiriblər ki, tenderdən sonra Kollec 654.000 avro məbləğində maliyyə vəsaiti alıb. Kollecin hazırkı rektoru əvvəllər EEAS-a rəhbərlik etmiş Federika Moqerinidir. Bununla belə, portal qeyd edir ki, hələ ki, heç kimə qarşı ittiham irəli sürülməyib.

Avropa Diplomatiyasının keçmiş rəhbəri (2014-2019) Federika Moqerini Brüsseldə saxlanılıb, AFP xəbər verir. O, Avropa Kollecində yeni Aİ Diplomatik Akademiyasının maliyyələşdirilməsi üçün tenderlə bağlı saxtakarlıqda şübhəli bilinir. Avropa Prokurorluğu (EPPO) məsələ ilə bağlı 3 nəfərin saxlanıldığına aydınlıq gətirib. Digər şübhəlilərin kimliyi açıqlanmır.

Brüggedəki Avropa Kollecinin bir neçə binasında (Moqerini institutun rektorudur) və ölkə boyu şəxsi evlərdə axtarışlar aparılıb. EPPO-nun məlumatına görə, araşdırma Aİ vəsaitlərinin sui-istifadəsi və maraqların toqquşması səbəbindən aparılıb. İstintaqı Respublika Prokurorluğu aparır. Axtarışlar zamanı istintaqla bağlı sənədlər götürülüb. Euroactiv mənbələri bildiriblər ki, iş tenderin özündə, eləcə də kollecin 2021-2022-ci illərdə tələbələri yerləşdirmək üçün Brüggedə bina almasından gedir.

VƏLİ

Digər xəbərlər

Ulduz amerikalı komediyaçı Trampı ələ salıb
Ulduz amerikalı komediyaçı Trampı ələ salıb

ABŞ prezidenti Putinlə görüşündən sonra zarafat hədəfinə çevrilib...

Rusiya Çin texnologiyalarından asılıdır...
Rusiya Çin texnologiyalarından asılıdır...

Çin Rusiyaya Shahed dron mühərriklərinin tədarükünə məhdudiyyətlər tətbiq etdi...elə Kreml rəhbərinin Çinə gəldiyi gün...

“Könüllülər koalisiyası”
“Könüllülər koalisiyası”

Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə edəcək...

Putin illüziyalarla yaşayır...
Putin illüziyalarla yaşayır...

Kreml rəhbərinin cəbhədə baş verənlərdən xəbəri yoxdur...

Fransa qoşunları Ukraynada nə ilə məşğuldur?
Fransa qoşunları Ukraynada nə ilə məşğuldur?

Fransa müdafiə nazirinin müavini detalları paylaşdı…

Rusiya təbliğatçıları Putinin planlarını sızdırıblar
Rusiya təbliğatçıları Putinin planlarını sızdırıblar

Demokratların qələbəsi Kremlin bütün planlarını alt-üst etdilər...

“Putin həqiqətən də ağrıyır”...
“Putin həqiqətən də ağrıyır”...

Analitik Krım körpüsünün uçmasının Rusiya ordusu üçün yaratdığı təhlükəni izah etdi...