Mədəniyyət

  • 4 856

Musiqi məktəblərinin konserti keçirilib

image

Sumqayıt şəhər S.Rüstəmov adına uşaq incəsənət məktəbində Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin saz ansamblının şagirdləri konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, tədbiri Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov izləyib. İdarə rəisi tədbirdə çıxış edərək regional tədbirlərin keçirilməsinin region şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətində müstəsna rol oynadığını bildirib. Qeyd edib ki, belə tədbirlərin sayı artırılmalıdır. Konsertdə Saz ansamblının ifasında "Ey vətən", "Leyli və Məcnundan rəqs", fortepiano və sazdan ibarət "aşıqvari" əsərləri, “Baş dübeyti”, “Naxçıvani” saz havaları dinlənilib.Bundan əlavə, Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbinin fortepiano şöbəsinin şagirdləri Abşeron rayonu Mehdiabad qəsəbəsi uşaq misiqi məktəbində konsert proqramı ilə çıxış ediblər. Konsertdə Esmira Əliyeva, Tamilla Qasımova, Sevda Məcidova, Lalə Qocayevanın şagirdləri azərbaycan, rus və avropa bəstəkarlarının əsərlərini müvəffəqiyyətlə ifa ediblər. Şagirdlər solo və ansambl ifalarla çıxış ediblər. Abşeron rayonu Mehdiabad qəsəbəsi uşaq musiqi məktəbinin direktoru Təranə İbrahimova çıxış edərək ifaçılara və onların müəllimlərinə rəngarəng konsert proqramı ilə çıxışlarına görə minnətdarlığını bildirib.

sia.az

Digər xəbərlər