Müsahibə

  • 7 935

Müxalifət qorxu içindədir

image

Elşən Musayev: "Əfqan Muxtarlı kimi adam millətini də, dövlətini də keçi qiymətinə satar, necə ki, satıb"
Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir
- Elşən müəllim, bəzi qüvvələr Gürcüstanla Azərbaycan arasında strateji dostluq əlaqələrini pozmaq üçün Əfqan Muxtarlı kimi xarici qüvvələrə işlədiyi artıq sübuta yetirilən ünsürlərdən istifadə etməyə cəhd edirlər. Sizcə, bu cəhd nə dərəcədə onlar üçün uğurlu ola bilər?
- Əfqan Muxtarlı müxalifətin əsl siması, əsl üz qabığıdır. Bu adamın elə ancaq sosial şəbəkələrdə səsləndirdiyi fikirlər, təhqirlər, küfrlər və iyrəncliklər kifayət edir ki, onun haqqında rahat fikir yürüdə biləsən. Beləsinin cinayət törətməsi, yəni potensial cinayətkar olması isə el dilində desək, "iki vur ikidir". Ə. Muxtarlı kimi adam millətini də, dövlətini də keçi qiymətinə satar, necə ki, satıb. Müxalifət isə yenə öz ampluasındadır. Qarışqadan fil düzəltməyə çalışır. Bütün imkanlardan bəhrələnərək, öz destruktiv fəaliyyətlərinə istiqamət vermək istəyirlər. Ancaq belə ucuz oyunların oynanılma vaxtı artıq keçmişdə qalıb. Məsləhətim budur ki, özlərinə yeni və başqa məşğuliyyət tapsınlar.

- Bu faktdır ki, Əfqan Muxtarlı Xədicə İsmayılın az qala mühafizəçi rolunda çıxış edib. Demək olarmı ki, Ə. Muxtarlının Azərbaycan hökumətinə qarşı müəyyən iddialar və ittihamlar irəli sürməsində, bilavasitə X. İsmayılın rolu və fəaliyyəti olub?

- Məncə, Xədicə indi qorxu içindədir. Çünki onun paxırları haqda Əfqandan çox məlumatlı adam yoxdur. Bir-ikisini istintaqa desə Xədicənin gəmisi yenə batacaq. Odur ki, əgər əvvəllər Əfqan özünə əl qatmışdısa, indi də bu estafeti Xədicə öz üzərinə götürüb. Buna qarşılıqlı "zibil örtmə" prosesi deyirlər. "Hamısı eyni bezin qırağıdır" deyə bir-birinin hərəkətlərini malalamağa çalışırlar. Təbi, belə bir ehtimal var ki, Xədicə öz danoslarını durmadan yazır və paylayır. Düzdür, belə bir adamın yazı-pozusu milçək vızıltısından o yana effekt verə bilməz. Amma yenə də cəhd edir. Çünki xisləti budur.

- Artıq sübuta yetirilir ki, Ə. Muxtarlı qaçaqmalçlıq yolu ilə Azərbaycana keçməyə cəhd edib. Amma bunu bəzi beynəlxalq təşkilatlar və ayrı-ayrı anti-Azərbaycan qüvvələri başa düşüb qəbul etmək istəmirlər. Bu, o deməkdirmi ki, ölkəmizə qarşı qərəzli münasibət eyni mərkəzdən idarə olunur?

- Azərbaycanın bu günkü uğurlarını həzm etmək istəməyən qüvvələr var. Həmin haqqında danışdığınız mərkəzin də olduğu dəqiqdir. Buna qətiyyən şübhə etmirəm ki, bütün proseslər də, məhz həmin mərkəzdən koordinasiya olunur. Azərbaycan isə demokratik-hüquq dövlətidir və onun peşəkar istintaqçıları var. Hansı ki, qanunun aliliyini təmin edirlər. Əfqan, kor-kor, gör - gör icazəsiz sərhədi keçib. Həm də qaçaqmalçılıq yolu ilə. Amma Əfqanın elə ancaq sosial şəbəkələrdə yağdırdığı təhqirlər yetərlidir ki, onun əməli cinayət məcəlləsinin müvafiq maddələri ilə tövsif edilsin və bu adam cəzasını alsın. İndi bu cinayətlərin üzərinə qaçaqmalçılığı da əlavə edibsə, bu, artıq bizim yox özünün günahıdır. Demək ki, adam cinayət eləmək üçün yanıb-yaxılırmış. Yəqin ki, cinayət bu adamın xobbisi yox, peşəsi imiş.

GÜLYANƏ

Digər xəbərlər