Araşdırma

  • 4 646

"Nə oldu, Paşinyan?" reallığı yenidən gündəmdə - ŞƏRH+AKTUAL

image

"Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildə müharibəni, 2023-cü ildə sülhü uduzdu”

Türkiyənin “Karar” qəzeti yazır ki, İkinci Qarabağ müharibəsində məğlub olan və mümkün yeni müharibədə qalib görünməyən Ermənistan Laçın yolunda gərginliyi azaltmaq əvəzinə, onu daha da gücləndirməyə çalışır.

"Karar" qəzeti: "İndi bu nədir?"

Yazıda N.Paşinyanın, hətta Ermənistanın rəsmi olaraq tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqillik” ildönümü münasibətilə səsləndirdiyi fikirlərə də toxunulub. Qeyd olunub ki, hökumət başçısı 2019-cu il avqustun 5-də “Qarabağ Ermənistandır. Nöqtə" deyimi, sonra isə 2023-cü il mayın 22-də “Biz Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 86 min 600 kvadratkilometr ərazi bütövlüyünü tanımağa hazırıq” bəyanatı ilə tanınır.

"İndi bu nədir? Paşinyan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq mövqeyinə qayıtmaqla nə demək istəyir? İnşallah hələ sülh prosesi əldən getməyib və Paşinyan vəziyyəti xilas etməyin yollarını axtarır”, - məqalədə vurğulanıb.

"Paşinyan hakimiyyətə gələndən Koçaryan və Sarkisyanın ailə üzvlərinin mühakiməsi davam edir"

Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli hesab edir ki, gündəmə Paşinyan və ətrafının daxil olduğu yeni elitanın mübarizəsi gəlib. Ekspert bildirib ki, mübarizədə dini sektanı da nəzərə almaq lazımdır:

"Önə çıxan hər iki klan Rusiyaya bağlıdır. Onların fəallaşması Paşinyanın sərhəd bölgələrdə rus sülhməramlılarını pasifizasiya edib yerinə fransızları gətirməsi deməkdir. Rusiyaya bağlı şəxslər buna qarşı çıxırlar. Arayik Arutunyanın istefasından öncə Qarabağ erməniləri Qukasyan və Saakyanla görüş keçirdilər. Onlar ərazidə söz sahibi olduqlarını gündəmə gətirdilər. Rusiya Qarabağ ermənilərinin İrəvandakı elementləri olan keçmiş prezidentlər Koçaryan və Sarkisyanı dərhal meydana çıxardı. Paşinyan hakimiyyətə gələndən Koçaryan və Sarkisyanın ailə üzvlərinin mühakiməsi davam edir. Hər şeyə rəğmən Rusiya onları qorumağı bacardı. Hazırda, faktiki hakimiyyətsizlik dönəmində hansı qrupun Qarabağda təşəbbüsü ələ alması məsələsi önə çıxır. Mübarizənin gedişatı Rusiyaya yaradıcı və praqmatik xidmətdən asılıdır".

Afət Tahirqızı

Digər xəbərlər