Analitika

  • 1 497

Ermənistan mina terroru ilə müharibə cinayətlərini davam etdirir - TƏHLİL

image

Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində uğurlu əməliyyatlar keçirərək düşmənin işğalçı qüvvələrini qısa müddətdə darmadağın etdi və ölkəmizi ərazi bütövlüyünə qovuşdurdu. Lakin xislətsiz ermənilər məğlubiyyətlərindən iki il keçməsinə baxmayaraq hələ də minalanmış ərazilərin xəritələrinin olmadığını iddia etməkdə davam edirlər. Nəticə isə budur ki, müharibə bitib, lakin onun bəlaları bitməyib. Qarabağda hazırda mina müharibəsi davam edir. Müharibədən sonra həm ərazilərimizin minalardan təmizlənməsində çalışanlar, həm xidməti vəzifəsini yerinə yetirmək üçün, həm də digər səbəblərdən orada olanlar arasında minaya düşüb həyatını itirənlər yüzlərlədir. Son vaxtlar Xocavənd, Tərtər, Füzuli, Ağdam və digər ərazilərdə mülki şəxslər mina terrorunun qurbanı olublar. Ümumiyyətlə, Vətən müharibəsi başa çatdıqdan sonra 260 nəfər minaya düşüb ki, onlardan 44 nəfəri həlak olub. 200-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb və ya zərər çəkib.

Azərbaycan Prezidenti İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı sammitində çıxışı zamanı deyib ki, Qarabağda mina problemini həll etmək üçün Azərbaycana təxminən 30 il və 25 milyard dollar lazımdır: «Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan Azərbaycan ərazisinə bir milyondan çox mina basdırıb. Beynəlxalq ekspertlərin fikrincə, mina problemini həll etmək üçün Azərbaycana təxminən 30 il və 25 milyard dollar lazım olacaq».Prezident xatırladıb ki, Qarabağda müharibənin başa çatmasından keçən iki il ərzində mina partlayışları nəticəsində 250-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.

Bəli, bu gün Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları ərziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük Qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir. Bütün bu işlərin həyata keçirilməsi üçün də ilk öncə bu ərazilərdə mina və partlamamış döyüş sursatlarından təmihlənməsindən keçir.Qeyd edək ki, Minatəmizləmə işləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilib. ANAMA işğaldan azad edilən ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətində əsas əlaqələndirici orqandır. Minatəmizləmə istiqamətində qurumların 2022-ci ilin tədbirlər planına əsasən ümumilikdə 40000 ha ərazinin təmizlənməsi planlaşdırılır. ANAMA-nın öhdəliyinə düşən ərazi 20000 ha təşkil edir.

BU, İNSANLIQ FACİƏSİDİR VƏ BU CİNAYƏTLƏRİN MƏSULİYYƏTİ ERMƏNİSTANIN ÜZƏRİNƏ DÜŞÜR

İllərlə ermənilərin vəhşi əməlləri davam edib və edir. Məhz buna görə də ekspertlər ermənilərin vəhşi əməllərini alman faşizmi ilə müqayisə etsələr belə onların etdiyi vəhşilik heç nə ilə müqayisə edilə bilməz. Çünki bunlar qəbilədir, xalq deyil. Almanlar Polşanı, Çexoslovakiyanı, Fransanı və s. işğal edəndə əhali öz ölkəsindən, evindən didərgin salınmamışdı. Onlar hakimiyyəti dəyişib, oyuncaq rejim yaradaraq özlərinə tabe etmişdilər və hər hansı kütləvi minalanma aparılmamışdı. Amma ermənilər azərbaycanlıları öz yurdlarından didərgin salıb, bütün ərazini, tarixi abidələri, məzarlıqları dağıdıb, bütün bunlar bəs deyilmiş kimi əraziləri minalayıblar.Qeyd edək ki, Azərbaycan Prezident İlham Əliyev dəfələrlə ən ali tribunalardan işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri 240 nəfərdən çox vətəndaşımızın mina partlayışlarında həlak olduğunu və ya sağlamlığını itirdiyini, işğal dövründə Ermənistanın ərazilərimizə bir milyondan çox mina basdırdığını bəyan edib.

Beynəlxalq təşkilatların toplantılarında diqqətə çatdırılıb ki, Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur.

Ancaq Ermənistan anlamalıdır ki, Azərbaycan zamanla qarşısına qoyduğu bütün məqsədlərə nail olub və olacaq. İkinci Vətən Müharmbəsinin qələbəsindən sonra Ermənistan işğaldan azad olunmuş torpaqları zaman-zaman minalamış və bu gün Azərbaycan mina xəritələrini tələb edərkən isə işğalçı ölkə müxtəlif bəhanələr gətirərək, həmin xəritələri bir müddətdir Azərbaycana verməkdən imtina etdi, daha çox azərbaycanlının minalar nəticəsində həyatını itirmələrinə nail olmağa çalışdılar. Ancaq onların bu arzusu Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, diplomatik səylər nəticəsində iflasa uğradı. Azərbaycan zamanla qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq. Artıq bu gün Ağdam, Füzuli və Zəngilan rayonlarının xəritələrinin əldə edilməsi işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə aparılmasına şərait yaratmaqdadır. Qısa müddətdə bu ərazilərdə həyat öz axarına qayıdacaq. Eyni zamanda, minaların xəritələrinin Azərbaycana verilməsi onların aşkarlanması üçün sərf olunan xərclərin azaldılmasına gətirib çıxaracaq. Bu, 30 il işğal altında saxlanılan Qarabağın azad olunması ilə nəticələnmiş Zəfərdən sonra dövlətimizin başçısının növbəti qələbəsi kimi səciyyələndirilməlidir.Bu siyasətin nəticəsi olaraq böyük beynəlxalq aktorlar Ermənistanın minalanmış ərazilərin xəritəsini verməsi barədə Azərbaycan tərəfinin haqlı tələblərini, dövlət sərhədinin delimitasiyası ilə bağlı təkliflərini dəstəkləyir. Bu gün bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən bu barədə danışan Prezident İlham Əliyev deyib: “Əgər Ermənistan sülh istəyirsə, bizim də sülh sazişinə ehtiyacımız var. Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək. Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır. Əgər onlar bunu etməsələr, peşman olacaqlar”.

ERMƏNİSTAN VƏ HAVADARLARI AZƏRBAYCANA QARŞI TƏXRİBATLARI DAVAM ETDİRƏRLƏRSƏ, BAŞLARINDA NÖVBƏTİ “DƏMİR YUMRUĞU” GÖRƏ BİLƏRLƏR

Mina terroru vasitəsilə Böyük Qayıdışın ləngidilməsi təkcə Ermənistanın əl atdığı məkrli həmlə deyil. Bu, həm də iki dövlətin və xalqın reinteqrasiya məsələsinə hər vəchlə mane olmağa çalışan qüvvələrin planıdır. Minaların hazırlanması vəsait tələb edən məsələdir. Burada maddi vəsait xərclənən minalar insan tələfatına və xəsarətinə gətirib çıxarırsa, mənəvi olaraq da iki xalqın bir-birinə düşmənçiliyinin davamlılığını uzunmüddətli edir. Təbii ki, cəzasız qalan, qızışdırılan Ermənistan da məğlubiyyəti həzm edə bilmir, zəhərini minalarla tökür.Prezident İlham Əliyev çıxışlarında da dəfələrlə Ermənistana ciddi mesaşlar səslənedirərək Ermənistanı təxribatlardan uzaq olmağa çağırdı və qeyd etdi ki, bu, onlara baha başa gələ bilər.

Bəli, bu gün Ermənistandakı kriminal durum onu bir daha göstərir ki, Azərbaycanın xəbərdarlığına məhəl qoymayaraq tərəfimizdən bundan sonra da çox böyük zərbə alacaq və Ermənistan və havadarları Azərbaycana qarşı bu cür təxribatçı gedişatlar edərlərsə, başlarında “Dəmir yumruğu” yenidən görə bilərlər.Haqq-ədalət həmişə qalib gəlir. Necə ki, 30 ildən sonra torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etmişik. Və Prezident İlham Əliyevin təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdışa dair I Dövlət Proqramı"nda Azərbaycanda 2026-cı ilə qədər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işləri uğurla həyata keçiriləcək, 2026-cı ilin sonunda 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq.

Bu gün ölkəmizin kifayət qədər gücü var ki, işğaldan azad olunan ərazilərdə quruculuq bərpa işləri həyata keçirərək Böyük Qayıdışı davam etdirəcək, Ermənistanın 30 il müddətində dağıdaraq viranəyə çevirdiyi bu yerlər Prezident İlham Əliyevin diplomatik məharəti və məqsədyönlü siyasəti nəticəsində qısa zaman çərçivəsində Azərbaycan cənnət- məkana çevriləcək!

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər