Əslində, Müsavatın eks-başqanı İsa Qəmbərin nəninki bu xalq, bu millət qarşısında, o cümlədən vaxtilə rəhbərlik etdiyi partiya qarşısında da günahları böyükdür. Hətta o qədər böyükdür ki, indi orada baş verən proseslərə nəzər saldıqca, həmin günahlar daha çox görünməyə başlayıb. Ancaq di gəl ki, İsa Qəmbər o günahları boynuna alırmı? Elə götürək 1 noyabrda keçirilən parlament seçkilərini. "İsa Qəmbərin göstərişilə oturub-duranın sonu belə olacaq" -deyən müsavatçılar bu uğursuzluğu da İsa Qəmbərdə gördülər. Əgər belə olmasaydı, Müsavat funksioneri Tural Abbaslı partiyadan istefa verməyə hazırlaşmazdı. T.Abbaslı bildirir ki, nə qədər ki, İsa Qəmbər Müsavatın lideridir, partiya tamamilə siyasi səhnədən tamamilə silinəcək. Çünki dünənə kimi İsa Qəmərin başqanlığı dövründə Müsavat can verirdisə, qurultaydan sonra Arif Hacılının yürütdüyü siyasət nəticəsində partiya ölüm ayağındadır, artıq kifayət qədər nüfuz itirib, zəifləyib. Nüfuzunu itirmiş strukturdan namizəd olub-olmamaq o qədər böyük bir məsələ deyil, nəyisə həll etmir. Ancaq burada söhbət ən azı mənəvi məsələdən, siyasi mədəniyyətdən gedir. Uzun müddət partiya rəhbərliyində təmsil olunmuş şəxsin adının namizədlər siyahısına salınması ən azı mənəvi bir borcdur .
Bütün bunlardan sonra gəl görək günahkarlar öz günahını boynuna alırmı? Günahkarın böyüyü elə İsa Qəmbər ömründə bircə dəfə də olsa, törətdiyi günahını boynuna alaraq, həm müsavatçılar, həm də xalq qarşısında etiraflarını edibsənmi? Haqlı olaraq, oxucular mənim bu suallarıma etiraz edə bilərlər. Hətta deyə bilərlər ki, axı İsa Qəmbər nə vaxt reallıqdan, gerçəklildən çıxış edib ki, indi də günahlarını boynuna alsın. Haqlı olarlar, məncə, əgər bu iradı suallarıma qarşı qoysalar: düz sözə nə deyə bilərsən axı?
Əlqərəz, keçək əsas məsələyə. Müsavat partiyasının baş verən istefalar, o cümlədən ziddiyyətli ittihamlarına, facebookdakı yazılarına nəzər saldıqda İsa Qəmbərin nə qədər siyasi həyasız insan olduğunu aydın görürük. Baxın nə yazır İsa Qəmbər.
Müsavatın parçalanmasında əsas baiskar məhz onun özüdür
Yazır ki, Müsavat daxilində gedən proseslərə rəğmən bu mübarizə iqtidarla Müsavat arasında olan məsələdir (?!). Fikir verin, Müsavat partiyası dağılır, parçalanır, məhv olur, İsa Qəmbər də bütün günahları atır iqtidarın üzərinə ki, sən demə oradakı narazılar hakimiyyətə işləyirmiş və hakimiyyətlə iş birliyi quraraq, Müsavatı parçalamaq yolunu tutublar (?!). Ancaq İsa Qəmbər gedənləri ittiham edərkən, etiraf etməyə cürətlənməyib ki, əslində, Müsavatın parçalanmasında əsas baiskar məhz onun özüdür. Yəni partiyanı parçalayanlardan ən yekəsi elə İsa Qəmbərdir ki, var! Bu gün İsa Qəmbər formal olaraq Müsavatın rəhbəri olmasa da Arif Hacılını və onun tayfa komandasını qeyri-formal olaraq idarə edir.
Yaxşı, əgər ki, bu, belədirsə, yəni İsa Qəmbər özünü həqiqətən də haqlı hesab edirsə, nəyə görə illər öncə başlarını polis "dubinkası" altına soxan Səxavət Əlisoyu, Vurğun Əyyubu, Əlövsət Talışxanlını və digərlərini hakimiyyətə işləməkdə ittiham etmirdi. Nəyə görə Müsavatdan ayrılan narazı müsavatçıların etirazlarını real etiraz kimi qəbul etmir İsa Qəmbər?! Bax, məsələ də bundadır! Məsələ bundadır ki, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Ona görə də İsa Qəmbər hər zaman olduğu kimi, öz günahlarını başqalarının üzərinə yaxmaqdansa, baş verənlərdə məhz özünün günahkar olmasını etiraf etməldir. Yox, əgər etmirsə, buna cürəti çatmırsa, onda özü kimi anlamsız ifadələrilə onsuz da bulandırmış könülləri daha da bulandırmasın. Heç olmasa, siyasətədən üzüsulu şəkildə ayrılsın. Çünki seçkiyə 4 gün qalmış seçkidə iştirak etməkdən imtina etmək də məhz İsa Qəmbərin göstərişi deyilmi? İndi kimdir günahkar? Ona görə də İsa Qəmbər, siyasət sənin girdiyin kol deyilmiş!