PDF Oxu

Mədəniyyət

  • 4 012

“Mehmed: Fəthlərin Sultanı” serialı Kann Film Festivalında

image

Fransanın cənubunda Kann şəhərində təşkil edilən dünyanın ən böyük məzmunlu sərgilərindən biri olan MIPCOM-un ilk günündə TRT-nin "Mehmed: Fəthlərin Sultanı" serialı beynəlxalq tamaşaya qoyulub. SİA-nın əldə etdiyi məlumata görə, televiziya və film işlərinin təqdim olunduğu MIPCOM sərgisi Kann Konqres və Festival Sarayında başlayıb.

Bu il İspaniyanın şərəf ölkəsi olduğu yarmarkanın ilk günündə keçirilən nümayişlə TRT-nin "Mehmed: Fəthlərin Sultanı" serialı dünyanın hər yerindən tamaşaçılara təqdim edilib.

Sərgidə serialın nümayişinə qatılan TRT baş direktor müavini Ziyad Varol Fatih Sultan Mehmetin (Osmanlı padşahlarından) bənzərsiz hekayəsini dünyaya anlatmaqdan qürur duyduqlarını bildirib.

"Bu layihə türk televiziyası tarixinin ən iddialı prodakşnlarından biri olmaqla yanaşı, həm də qlobal təsirə malikdir",-deyə o vurğulayıb.

"Mehmed: Fəthlərin Sultanı" serialı
Fevralın 27-də Türkiyədə yayımlanan "Mehmed: Fətihlerin Sultanı" serialının indiyədək 19 hissəsi yayımlanıb.

Osmanlı imperiyasının yüksəlişini epik şəkildə ekranlara gətirən serial tarixdən ilhamlanıb.

MIPCOM Sərgisi

Bu il oktyabrın 24-dək davam edəcək 40-cı MIPCOM sərgisində 100-dən çox ölkədən minlərlə istehsalçı və alıcının, eləcə də təxminən 11 min ziyarətçinin iştirakı gözlənilir.

Hər ilin oktyabr ayında Fransanın cənubundakı Kannda keçirilən MIPCOM müxtəlif ölkələrdən film və serial sektorunun nümayəndələrini qəbul edir. MIPCOM-da film, serial, animasiya, sənədli film və televiziya formatları təqdim olunur.

Digər xəbərlər

Metyu Perrinin şəxsi əşyaları hərraca çıxarılıb...

Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...

Merilin Monronun görünməmiş fotoları ortaya çıxıb...

60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…

İki film Tom Kruzu necə yeni səviyyəli ulduz etdi...

Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...

“Mən nəyəsə inanıram, amma nəyə inandığımı deyə bilmirəm...”

Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib