Türkiyə Radio və Televiziya Qurumunun (TRT) "Müqəddəs işğal" sənədli filmi Monteneqroda nümayiş etdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Monteneqronun paytaxtı Podqoritsada çəkilişi "TRT World" komandaladı tərəfindən işğal altındakı Fələstin torpaqlarında edilən, İordan çayının qərb sahilində yəhudi məskunlaşanların fələstinlilərə qarşı vəhşiliklərindən bəhs edən "Müqəddəs işğal" (Holy Redemption) sənədli filmi tamaşaçılara təqdim edilib.
Çəkilişləri "TRT World" araşdırma komandasının 7 oktyabr 2023-cü ildə başlayan Qəzza soyqırımından 2 ay sonra İordan çayının qərb sahilindəki israilli radikal qrupların arasına çətin bir prosesdən sonra sızması ilə gerçəkləşdirilən "Müqəddəs işğal" sənədli filmi maraqla izlənilib.
Sentyabr ayında TRT-nin beynəlxalq kanallarında və rəqəmsal platformalarında yayımlanan sənədli film, Anadolu Agentliyinin Qlobal Ünsiyyət Partnyoru olduğu Əl-Cəzirə Balkanlar Sənədli Film Festivalında "Ən Yaxşı Sənədli Film və Proqram Mükafatı"na layiq görülüb.
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...
Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib