PDF Oxu

Mədəniyyət

  • 5 121

Bişkekdə şairin ev-muzeyi təmirdən sonra açılıb

image

Qırğızıstanın paytaxtında bərpa və muzeyləşdirmə işləri uğurla başa çatdıqdan sonra Alıkul Osmonovun ev-muzeyinin təntənəli açılış mərasimi keçirilib. Layihə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Bişkek meriyası ilə birgə həyata keçirilib. SİA-nın əldə etdiyi məlumata görə, fonddan bildiriblər ki, açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Bişkek şəhərinin meri Aybek Cunuşəliyev, Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Çıngız Esenqul və Qırğız Respublikası xarici işlər nazirinin müavini Aybek Moldoqaziyev iştirak ediblər.

Layihə Türk Dövlətləri Təşkilatının 2023-cü il noyabrın 3-də Astanada keçirilmiş sammitinin bəyannaməsinin icrası çərçivəsində həyata keçirilib. Bu, fondun həyata keçirdiyi bu tipli ilk layihədir.

Layihə çərçivəsində Fond tərəfindən yazıçı Adil Cəmilin tərcüməsində Alıkul Osmonovun qırğız və Azərbaycan dillərində "Zamandan zamana" şeirlər toplusu nəşr edilib. Bu nəşr "Türk ədəbiyyatı inciləri" silsiləsindən birinci olub.

Ev-muzeyinin bərpası və müasir avadanlıqla təchiz edilməsi nəticəsində görkəmli qırğız şairi Alıkul Osmonovun yaradıcılığının biliciləri dahi şairin yaşadığı dövrün ab-havasını və koloritini qoruyub saxlayan məkana çıxış əldə ediblər.

Yeni muzey məkanı Alıkul Osmonovun yaradıcılığının həm Qırğızıstanda, həm də xaricdə inkişafına və populyarlaşmasına töhfə verəcək mühüm mədəniyyət mərkəzinə çevriləcək.

Digər xəbərlər