PDF Oxu

Mədəniyyət

  • 5 020

ICESCO-da Məxdumqulu Fəraqinin 300 illik yubileyi qeyd olunacaq

image

Dekabrın 18-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabatda mənzil-qərargahında böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Məxdumqulu Fəraqinin 300 illik yubileyi münasibətilə konfrans keçiriləcək. Tədbir ICESCO tərəfindən TÜRKSOY və Türkmənistan XİN-lə əməkdaşlıq şəraitində təşkil olunacaq. SİA ICESCO-ya istinadla xəbər verir ki, tədbirdə təşkilatın Baş direktoru, TÜRKSOY-un Baş katibi, Türkmənistanın nümayəndə heyəti, media və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.Konfransda Fəraqinin həyat və yaradıcılığı, fəlsəfi fikirləri, mədəniyyətlərarası dialoqun möhkəmlənməsində rolu mövzuları müzakirə olunacaq. Konfrans çərçivəsində şairin həyatından bəhs edən sənədli film göstəriləcək. Tədbir qala-konsertlə yekunlaşacaq.

Digər xəbərlər

Metyu Perrinin şəxsi əşyaları hərraca çıxarılıb...

Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...

Merilin Monronun görünməmiş fotoları ortaya çıxıb...

60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…

İki film Tom Kruzu necə yeni səviyyəli ulduz etdi...

Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...

“Mən nəyəsə inanıram, amma nəyə inandığımı deyə bilmirəm...”

Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib