Bir dövrə damğasını vuran "Kurtlar Vadisi" serialında Polat Alemdar obrazını canlandıran Necati Şaşmaz Ümrə ziyarətinə gedib. SİA xəbər verir ki, Ərəb yarımadasında böyük bir pərəstişkar kütləsinə sahib olan Şaşmaz ziyarət zamanı böyük maraqla qarşılanıb.
Məşhur aktyor həm də görünüşündəki dəyişikliyi ilə diqqət mərkəzində olub.
Qeyd edək ki, Özgü Namal, Səlçuk Yöntem, Oktay Kaynarca kimi aktyorların yer aldığı və yayımlandığı dövrdə reytinq rekordları qıran "Kurtlar Vadisi" serialı bu gün də böyük maraqla izlənilir.
Məlumata görə, serialda Polat Alemdar obrazını canlandıran Necati Şaşmaz hazırda gözlərdən uzaq bir həyat yaşayır.
"Kurtlar Vadisi" ilə yanaşı "Nöbet" və "Halil İbrahim Sofrası" kimi layihələrdə də rol alan tanınmış aktyor Ümrə ziyarətində ərəb pərəstişkarlarının sıx marağı ilə qarşılaşıb.
"Magazin Burada" portalının məlumatına görə, Necati Şaşmaz pərəstişkarları birlikdə şəkil çəkdirib və ziyarəti boyunca ibadət edərək bol-bol dua edib.
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...
Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib