Bakıda “Biznes Çin Dili Lüğəti” adlı yeni nəşrin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycanda biznes yönümlü Çin dili lüğəti ölkəmizdə Çin dili tədrisi, beynəlxalq ticarət və şirkətlərarası kommunikasiya sahəsində boşluğu doldurur.Tədbirdə dövlət qurumlarının nümayəndələri, alimlər, təhsil mütəxəssisləri, iş adamları və müxtəlif sahələri təmsil edən qonaqlar iştirak edib.Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında Azərbaycan–Çin əlaqələrinin yüksələn dinamika ilə inkişaf etdiyini vurğulayıb: “Biznes Çin Dili Lüğəti ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Bu kitab həm bizneslə məşğul olanların, həm gənclərin, həm də tələbələrin istifadəsi üçün dəyərli mənbə olacaq.”Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov lüğətin əhəmiyyətini qeyd edib: “Bu lüğət təkcə termin toplusu deyil, həm də Çin dilini öyrənmək istəyənlərin hazırlanmasına ciddi töhfə verən bir vəsaitdir"."Qanun” nəşriyyatının aparıcı redaktoru, yazıçı İlqar Rəsul nəşrin hazırlanma prosesindən danışaraq qeyd edib ki, məqsəd yüksək keyfiyyətli, dəqiq və praktik bir lüğət ortaya çıxarmaq idi. Bu kitab bizneslə məşğul olanlara və bu dili öyrənmək istəyənlərə fayda verəcək.Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı İnkişaf kafedrasının müəllimi Ülviyyə Ataşova Çin dilinin əhəmiyyətinə diqqət çəkərək vurğulayıb ki, qlobal iqtisadi mühitdə Çin dilini bilmək artıq zərurətdir. Bu lüğət həmin zərurətin ölkəmizdə qarşılanmasına mühüm dəstəkdir.Rabitəbankın meneceri, Odlar Yurdu Universitetinin müəllimi, fəlsəfə elmləri doktoru Kamil Allahverənov çıxışında biznes sahəsində Çin dilinin tətbiq imkanlarını dəyərləndirib: "Bank sektoru, logistika sahələrində Çinlə əməkdaşlıq genişlənir. Bu lüğət əməkdaşlıq üçün praktiki baza yarada bilər".Azərbaycan Real Aikido Federasiyasının rəhbəri Fariz Abdullayev çıxışında Çin mədəniyyətinin və nizam-intizam fəlsəfəsinin idman sahəsi ilə olan yaxınlığını vurğuladı.Tədbir iştirakçıları nəşri yüksək qiymətləndirərək, bu istiqamətdə yeni layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladılar.Sonda tədbirdə ənənəvi Çin çay serimoniyası təqdim olundu və iştirakçılara Çin rəqsi nümayiş edildi.
Müəllif: Ziya Hikmətoğlu