PDF Oxu

Mədəniyyət

  • 1 215

“Dost! Dost! Dost!” adlı xüsusi konsert proqramı təqdim olunub

image

Mayın 14-də Beynəlxalq Muğam Mərkəzində Savalan qrupu tərəfindən “Dost! Dost! Dost!” adlı xüsusi konsert proqramı təqdim olunub. Gecə Azərbaycanın tanınmış musiqiçisi Novruz Novruzun xatirəsinə ithaf edilib.SİA xəbər verir ki, konsert boyu tamaşaçılar qrupun sevilən ifaları ilə yanaşı, xüsusi musiqi kompozisiyalarını da dinləmək imkanı əldə ediblər. Səhnədə səsləndirilən duyğusal və enerjili ifalar izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.Musiqi gecəsində Novruz Novruzun sənət yoluna dair xatirələr bölüşülüb, onun Azərbaycan musiqisinə verdiyi töhfələr xüsusi vurğulanıb. Tədbir emosional anlarla yadda qalıb.“Dost! Dost! Dost!” konserti həm musiqisevərlərə unudulmaz axşam yaşadıb, həm də Novruz Novruzun əziz xatirəsini bir daha yaşadıb.

Digər xəbərlər