Wuf 13 -də Səslərdə Şəhər 13: Memarlıq Ritmi” adlı beynəlxalq tədbir çərçivəsində İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi tərəfindən növbəti möhtəşəm mədəni layihə uğurla həyata keçirildi. WUF 13 beynəlxalq platforması çərçivəsində təşkil olunan tədbir incəsənət, memarlıq və milli-mədəni dəyərlərimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıdı.
Tədbir zamanı “Zəfər Yurdu” İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin istedadlı ifaçıları bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Konsert proqramında Respublika və beynəlxalq müsabiqələr laureatları, gənc və peşəkar ifaçılar iştirak edərək Azərbaycan musiqisinin zənginliyini və milli dəyərlərimizi tədbir iştirakçılarına təqdim etdilər.
Tədbirdə çıxış edən ifaçılar:
• Nəzrin Mənsirli
• Nurlan Səfərov
• Nurlana Əsgərova
• Xanım Kazımova
• Altun Süleymanov
• İsa Məmmədov
• Mina Paşazadə
• İbrahim Quliyev
• Adil Həsənov
• Xalid Hacıyev
• Aytaç Həsənli
Tədbir çərçivəsində gənc rəssamlar da öz əl işlərini və sərgilərini təqdim edərək incəsənətin müxtəlif istiqamətlərini nümayiş etdirdilər. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Mədəni proqramın sonunda isə “Xəzri” rəqs ansamblının təqdim etdiyi “Zəfər” kompozisiyası tədbirə xüsusi rəng qataraq gecəni möhtəşəm şəkildə yekunlaşdırdı.
İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi olaraq gənclərimizin uğurlarını daim dəstəkləyir, onların gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq. Bu cür beynəlxalq tədbirlər Azərbaycanın mədəniyyətinin, incəsənətinin və yaradıcı gənclərinin dünya miqyasında tanıdılmasına mühüm töhfə verir.
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…