PDF Oxu

Mədəniyyət

  • 1 110

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

image

5-7 iyun tarixlərində Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti ilə başa çatıb.Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında keçirilən konserti qardaş ölkənin rəsmiləri, Azərbaycan Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri izləyiblər.Konsert proqramı "Mənim Azərbaycanım" süitası ilə başlanıb.Sonra kollektivin ifasında "Qavalla rəqs", "Nağaralarla rəqs", "Toy", "Qazaxı", "Halay", "Naz eləmə", "Tərəkəmə", "Uzundərə", "Ağ çiçəyim", "Çayçı", "Bahar" və "Qaytağı" rəqslərimiz yüksək şövqlə təqdim olunub.Bütün nömrələr tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Digər xəbərlər