PDF Oxu

Mədəniyyət

  • 10

“Dəli Kür” romanının təqdimatı keçirildi

“Dəli Kür” romanının təqdimatı keçirildi
Dünən Atatürk Mərkəzində görkəmli xalq yazıçı İsmayıl Şıxlının türk dilində çapdan çıxmış "Dəli Kür" romanının təqdimatı keçirildi.
Təqdimat mərasimində çıxış edən kitabın tərcüməçisi Yasemen Bayer bu nümunədən böyük məmnunluq duyduğunu və belə bir əsəri Azərbaycan dilindən türkcəyə çevirməyə mənəvi ehtiyacı oduğunu iştirakçıların nəzərinə çatdırmışdır. Azərbaycan ədəbiyyatının bir çox nümunələrini türk dilinə çevirən Yasemen xanımın milli nağıllarımızı, klassik əsərlərimizi tərcümə edərək ədəbiyyatımız haqqında Türkiyədə geniş bir şəkildə məlumatların oxuculara çatdırılmasında rolu müstəsnadır. Azərbaycan ədəbiyyatının tanınmış simaları ilə yaradıcılıq əlaqəsində olan Yasemen Bayer "Dəli Kür" romanını oxuyarkən İsmayıl Şıxlının yaşadığı bölgənin və mənsub olduğu xalqın tarixinə nə qədər bağlı olduğunu aydın bir şəkildə dərk edib, onun vətənlə bağlı düşüncələri tərcüməçidə böyük məhəbbət hissi oyadıb. Yasemen xanım bildirdi ki, onun yaradıcılığındakı ideyalar, zəngin hisslər digər əsərlərinə də müraciət etməyə onu sövq etmiş, yaxın gələcəkdə İsmayıl Şıxlının "Ölüləri qəbiristanlıqda basdırın" kitabına müraciət edəcək və həmin əsər Türkiyədə işıq üzü görəcəkdir. Belə əsərlərin türk oxucusu üçün böyük maraq kəsb etdiyini bildirən Yasemen Bayer silsilə olaraq Azərbaycan ədəbiyyatına müraciət edəcəyini iştirakçıların nəzərinə çatdırdı.
Təqdimat mərasimində çıxış edən millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatında azərbaycanlı xarakterini və ruhunu İsmayıl Şıxlının "Dəli Kür" romanı qədər yüksək səviyyədə təmsil edən ikinci bir əsər yoxdur deyərək, onun mahiyyətinə diqqəti yönəltdi. Əsərin əsas qəhrəmanı olan Cahandar ağa obrazının Azərbaycanın böyük tarixinin simvolu kimi xarakterizə etdi.
Tədbirdə çıxış edənlər Yasemen Bayerin Azərbaycan ədəbiyyatına olan marağından, tərcüməçilik məharətinidən söz açıb, bu əsərin türk oxucusu üçün dəyərli bir nümunənin diqqətdə qalacağının bildirdilər.

Digər xəbərlər