“Manas” eposu səhnələşdiriləcək
"TÜRKSOY"un dəstəyi ilə 2010-cu ildə "Manas" eposu əsasında səhnələşdiriləcək eyniadlı operanın tamaşaya qoyulması nəzərdə tutulub. Əsas xərcləri 1,5 milyon ABŞ dolları təşkil edəcək opera 2011-ci ildə tamaşaçılara təqdim ediləcək.
Operanınn yaradıcı qrupuna müxtəlif türkdilli ölkələrin qələm sahibləri və ifaçıları cəlb olunublar. Quruluşçu rejissoru Türkiyədən Əflatun Neymətzadə olan əsərdə baş rolları Qırğızıstanın xalq artistləri Kərim Oruzbayev və Talqar Jakşılıkov oynayacaq. Operaya Qazaxıstan, Azərbaycan və Tatarıstandan da ifaçılar cəlb ediləcək.
"Manas" operası Bişkek, Bakı, Ankara və Avropanın bir çox səhnələrində nümayiş olunacaq.