İqtisadiyyat

  • 1 773

Sürücülər nömrə nişanlarının yerini niyə dəyişirlər? - NƏQLİYYAT EKSPERTİ AÇIQLADI

image

"Son vaxtlar qaydalardan yayınmaq üçün nömrə nişanlarının yerinin dəyişdirilməsinə, belə variantlara riayət edirlər". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.O bildirib ki, əslində "Yol Hərəkəti Haqqında" qanunumuzda da müddəa kimi göstərilib ki, nömrə mütləq ön və arxa tərəfdə, nömrə üçün ayrılmış xüsusi yerdə olmalıdır: "Nömrə görünməlidir, nömrənin şəffaflığına heç nə mane olmamalıdır. Ona görə də bunu əsas götürərək "Yol Hərəkəti Haqqında" qanunumuzda 40 manat cərimə nəzərdə tutulur. Bu cərimənin əsas mahiyyəti ondan ibarətdir ki, nömrə mütləq öz yerinə bağlansın. Hətta nəqliyyat vasitələrində gecə nömrənin sərbəst görünməsi üçün işıqlanma da var.Yəni nömrələr işıqlar vasitəsilə işıqlandırılır. Bu nöqteyi-nəzərdən biz bunu deməliyik və deyirik. Nömrələr üçün xüsusi yer olduğunu bildiririk. Bəzən bunu gözəl görünüşü üçün əsaslandırmaq istəyənlər var. Bəzi insanlar ön nömrənin yerini dəyişirlər ki, onun görünüşündə fərq yaransın.Nəqliyyat vasitələrinin əsas görünüşünün məhdudlaşdırılmasına aid deyə bilərik ki, nömrənin görünməsi və nömrə üzərində hər hansı dövlət atributunun - bayrağın pozulmasına görə də əlavə cərimə nəzərdə tutulur. Bunlar, ümumiyyətlə, məsləhətli, tövsiyə olunası deyil".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər