İqtisadiyyat

  • 2 083

Aqrar Sığorta Fondu 2023-cü ilə yekun vurub

image

2023-cü ildə Aqrar Sığorta Fondunun sığortaladığı əkinlərin sahəsi 2022-ci illə müqayisədə 43 % artaraq 380 476 hektara çatıb. SİA Fonda istinadən xəbər verir ki, il ərzində fermer və təsərrüfatlarla 43 min sığorta müqaviləsi imzalanıb.Bu müqavilələrin hesabına 12,4 milyon manat sığorta haqqı toplanılıb ki, bu da 40 % artım deməkdir. Fondun bitkiçilik üzrə verdiyi sığorta təminatının dəyəri isə 506 milyon manata yüksəlib. Ötən il ən çox sığortalanan əkin sahələri - buğda, arpa, pambıq və qarğıdalı olub.Bundan başqa, hesabat dövründə Aqrar Sığorta Fondu 6 500 baş iribuynuzlu, 1 300 baş xırdabuynuzlu olmaqla ümumilikdə 7800 baş kənd təsərrüfatı heyvanını sığortalayıb, 3,9 milyon manat sığorta haqqı toplayıb. Heyvanların sığortası üzrə sığorta təminatının məbləği 36 milyon manat təşkil edib.2023-cü ildə Fondun sığorta ödənişləri 2022-ci illə müqayisədə 80 % artaraq 4,4 milyon manata çatıb. Bunun 3,5 milyon manatı bitkiçiliyin, 910 min manatı heyvandarlığın payına düşüb. Bitkiçilik üzrə ödənişlər 2 dəfə, heyvandarlıq sığortası üzrə 28% artıb.Ötən il bitkiçilik sığortası üzrə ən çox zərər ödənişi edilmiş rayonlar Ağdam, Şəki və Qobustan rayonları olub. Ən böyük məbləğdə sığorta ödənişləri - buğda, arpa, pambıq, qarğıdalı və gilas bitkiləri üzrə verilib. Ən çox baş verən və fermerlərə ödəniş edilən hadisələr fırtına-qasırğa, sel-subasma, dolu, 3-cü şəxslərin hərəkətləri və yanğın olub.

Digər xəbərlər