İqtisadiyyat

  • 2 225

Azərbaycanda ixrac edilən qazın həcmi 8,5 mlrd. kubmetrə çatıb

image

Bu ilin yanvar-aprel aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 9,6 mln. ton, ixraca nəql edilən həcmlər isə 7,9 mln. ton olub. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.Bu dövrdə 500 mln.m3 artımla hasil edilmiş 16,7 mlrd.m3 qazın 8,5 mlrd.m3-i ixrac olunub.Qeyd edilib ki, yanvar-aprel aylarında Avropaya 4,2 mlrd. kubmetr, Türkiyəyə 3,2 mlrd. kubmetr, Gürcüstana isə 1,1 mlrd. kubmetrqaz ixrac olunub.
“Bu dövrdə TANAP-la Türkiyəyə 1,8 mlrd. kubmetr qaz nəql edilib. Bu ilin 4 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2,7 faiz çoxdur”, - paylaşımda bildirilir.

Digər xəbərlər