İqtisadiyyat

  • 6 465

Azərbaycandan 122 ölkəyə məhsul ixrac olunub

image

2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 122 ölkəyə məhsul ixrac olunmuş, 185 ölkədən idxal olunmuşdur. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ildə ölkənin xarici ticarət dövriyyəsi 33138,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 19471,3 milyon dollar, idxalın dəyəri 13667,2 milyon dollar təşkil etmiş, nəticədə 5804,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,3 faiz artmış, real ifadədə isə 3,7 faiz, o cümlədən idxal 6,5 faiz, ixrac 2,0 faiz azalmışdır. Bu dövr ərzində ölkədən 1954,4 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilə nisbətən faktiki qiymətlərlə 13,9 faiz, real ifadədə isə 7,8 faiz çoxdur.Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 28,7 faizini İtaliyaya, 14,6 faizini Türkiyəyə, 6,8 faizini İsrailə, 4,9 faizini Hindistana, 4,7 faizini Almaniyaya, 3,8 faizini Çinə, 3,7 faizini Rusiyaya, 3,6 faizini İspaniyaya, 3,3 faizini Çexiyaya, 3,0 faizini Gürcüstana, 2,7 faizini Fransaya, 2,4 faizini Birləşmiş Krallığa, 2,2 faizini Xorvatiyaya, hər biri 1,8 faiz olmaqla Tailand və Portuqaliyaya, 1,7 faizini Ukraynaya, 10,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (35,3 faiz), Türkiyəyə (20,6 faiz), İsveçrəyə (9,2 faiz), Gürcüstana (8,1 faiz), Ukraynaya (2,6 faiz), İtaliyaya (2,2 faiz), Çinə (1,9 faiz), Yunanıstana (1,8 faiz), Özbəkistana (1,4 faiz), İrana (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

sia.az

Digər xəbərlər