İqtisadiyyat

  • 6 997

Naxçıvanın xarici ticarət dövriyyəsi artıb

image

Bu ilin yanvar-avqust ayları üzrə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrünün göstəricisini 0,8% üstələyərək 328 123,4 min ABŞ dolları təşkil edib.Naxçıvan Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin səkkiz ayında ixracın həcmi 0,8% artaraq 288 051,0 min dollar olub. Hesabat dövründə idxalın həcmi 40 072,4 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 0,9% üstələyir.

sia.az

Digər xəbərlər