PDF Oxu

İqtisadiyyat

  • 14 675

İndiyə qədər 35 000 kubmetr oduncaq tədarük olunub

image

Qışa hazırlıq məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir. Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov SİA-ya bildirib ki, artıq Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının hərbi hissələri odun yanacağı ilə tam təmin olunub. Təhsil, səhiyyə müəssisələri və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinin isə odun yanacağı ilə təminatı davam edir.O qeyd edib ki, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir, Göy-Göl, Bərdə və Ağcabədi Regional meşə təsərrüfatı mərkəzlərində bugünədək 35 000 kubmetr həcmində oduncaq tədarük olunub və dəyəri ödənilməklə aidiyyəti üzrə verilib.N.Xıdırov vətəndaşlara odun əldə etmək üçün qış aylarını gözləmədən Regional meşə təsərrüfatı mərkəzlərinə müraciət etməyi tövsiyə edib.

sia.az

Digər xəbərlər

Reuters: Kreml tərəfdarları arasında belə narazılıq artır

Rusiya müharibə naminə təhsil və sosial xərcləri azaldacaq...

“Barrel” əməliyyatı: Rusiyada minlərlə ton neft məhv edilib

Ukrayna kəşfiyyatı Rusiya dəmir yolu logistikasına qarşı təxribat barədə məlumat verib...

Rusiyada əmlakın müsadirə edilməsinin yeni bir üsulu tətbiq edilib

Kreml yanacaqdoldurma məntəqələri şəbəkələrini öz üzərinə götürüb...