Heydər Əliyev-100

  • 38 208

Heydər Əliyev yolunun alternativi yoxdur

image

YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib

“Heydər Əliyev İli” çərçivəsində iyunun 9-da Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin Quba rayonunda gənclərlə görüşü keçirilib.
Quba rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP-ın Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon təşkilatlarının üzvü olan fəal gənclər iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsinə ehtiram olunub.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini bildirib. O qeyd edib ki, Heydər Əliyev fenomeninin dövlətçilik tariximizdə müstəsna rolunun gənclər tərəfindən hərtərəfli öyrənilməsi çox önəmlidir: “Ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib və Onun zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirərək müstəqil ölkəmizi daha da gücləndirib, beynəlxalq müstəvidə nüfuzlu dövlətə çevirib”.
Sonra çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə gənclərə bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Vurğulayıb ki, Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi məhz Heydər Əliyevin xidmətləridir.
Arif Rəhimzadə qeyd edib ki, 1990-cı illərin əvvəlində Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını görən 91 nəfər ziyalı Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını və ona rəhbərlik etməsini təklif etdi: “Çünki xalqın ümidi məhz Heydər Əliyevə idi. Ulu Öndərin cavabı müsbət oldu, 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyası yaradıldı, 1993-cü ilin iyun ayında isə Ümummilli Lider hakimiyyətə qayıdaraq Azərbaycanı xilas etdi. Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycanı Prezident İlham Əliyev dünyada güclü və nüfuzlu dövlətə çevirdi”.
YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov isə bildirib ki, gənclərlə görüşün keçirilməsində məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının gənclərə aşılanmasıdır. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərib.
Misir Mərdanov diqqətə çatdırıb ki, ölkəmizdə gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Gənclər Ümummilli Liderin müəyyənləşdirdiyi yolla getməlidir: “Çünki bu yolun alternativi yoxdur. Ulu Öndərimizin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir”.
Daha sonra gənclərin çoxsaylı sualları cavablandırılıb.

Digər xəbərlər