Heydər Əliyev-100

  • 38 046

Nizami rayonunda İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib

image

“Heydər Əliyev İli” çərçivəsində 18 İyun – İnsan Hüquqları Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan insan hüquqları” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə Nizami Rayon Məhkəməsinin hakimi Qumru Əliyeva, Nizami rayon prokurorunun köməkçisi, 3-cü dərəcəli hüquqşünas Şəlalə Rüstəmova, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda İnsan Hüquqları günü təsis edilib. Vurğulanıb ki, Azərbaycanda aparılan demokratik və hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb, ölkəmiz bir çox hüquqi aktlara qoşulub. Təsadüfi deyil ki, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işləri beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər