Heydər Əliyev-100

  • 35 329

Hakan Fidan: “Heydər Əliyev qeyri-adi strateq idi”

image

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı keçirilən tədbirdə çıxış edib. O deyib: “Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq birliyin uğurlu və hörmətli üzvü kimi hazırkı statusunu qazanıb”.

Hakan Fidan Heydər Əliyev şəxsiyyətinin Türkiyədə xüsusi bir çəkiyə sahib olduğunu və hər zaman ehtiramla xatırlandığını bildirərək, onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq birliyin uğurlu və hörmətli üzvü kimi indiki statusunu qazandığını deyib. O, Heydər Əliyevin Türkiyədə hər zaman hörmətlə xatırlandığını deyən Fidan, Heydər Əliyevin böyük dövlət xadimi və qeyri-adi strateq olduğunu bildirib.

Heydər Əliyevin uzaqgörənliyinin regionun strateji sabitliyini təmin etdiyini vurğulayan Nazir Hakan Fidan “O, türk birliyinin öncüllərindən biri idi və yaşasaydı, Türk Dövlətləri Təşkilatının bir dövlət kimi yaranmasından qürur duyardı” - deyə bildirib.

Fidan Azərbaycan Prezidenti İlham Əliyevin Heydər Əliyev irsini qoruduğunu, onun görmək istədiyi Azərbaycanı hər gün daha da irəli apardığını görməkdən məmnun olduğunu bildirib və Heydər Əliyevin siyasətini davam etdirən İlham Əliyevin əzmkarlığının Qarabağın işğalına son qoyduğunu diqqətə çatdırdı.

Xarici işlər naziri deyib: "Lüğətdə Türkiyə-Azərbaycan münasibətlərini təsvir edəcək qədər şərəfli və əbədi söz yoxdur. Lakin Heydər Əliyevin məşhur "bir millət, iki dövlət" ifadəsi bizim qırılmaz bağlarımızın bənzərsiz mahiyyətini müəyyənləşdirir. Bu, həqiqətdir ki, həmin ifadə bizim həmrəyliyimiz və birliyimizin tərifi, düsturudur”.

“Bir millət, iki dövlət” şüarını, Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, Azərbaycanın kədəri kədərimizdir” ifadəsinin tamamlayıcısı kimi qəbul etdiklərini qeyd edən Fidan, Türkiyənin Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu, Azərbaycanın öz tarixi torpaqlarını azad etməsini bütün türk dünyasının zəfəri kimi qəbul etdiyini söylədi.

Xarici işlər naziri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iki ölkənin gələcəyinin həmişəkindən daha parlaq olacağına əmin olduğunu bəyan edib.

Heydər Əliyev irsinə dəyər verdiklərini qeyd edən Fidan Əliyevin anadan olmasının 100 illiyində onun xatirəsini ehtiramla yad edib.

Lalə Mehralı

Digər xəbərlər