Heydər Əliyev-100

  • 27 068

“Heydər Əliyev İli” çərçivəsində şahmat turniri keçirilib

image

“Heydər Əliyev İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Keşlə bələdiyyəsinin birgə təşkilatçılığı ilə şahmat turniri keçirilib.

Şahmat turnirində Nizami rayonu, Keşlə qəsəbəsinin 4 təhsil müəssisəsi üzrə 16 şagird iştirak edib.
Qızlar arasında birinci yeri 328 nömrəli tam orta məktəbin şagirdi Zəhra Mirzəli, ikinci yeri 328 nömrəli tam orta məktəbin şagirdi Özləm İsayeva, üçüncü yeri isə 312 nömrəli tam orta məktəbin şagirdi Nigar Məmmədli tutub. Oğlanlar arasında isə birinci yeri 328 nömrəli tam orta məktəbin şagirdi Murad Kərimov, ikinci yeri 227 nömrəli orta məktəbin şagirdi Ömər Əzməmmədli, üçüncü yeri isə 201 nömrəli tam orta məktəbin şagirdi Nihad Əliyev tutub.
Turnirin bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu undər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov və 328 nömrəli tam orta məktəbin direktoru Ruslan Ağamalıyev çıxış ediblər.
Çıxışlardan sonra təltifetmə mərasimi keçirilib. Qaliblərə diplomlar, medallar və kubok, yarış iştirakçılarına isə sertifikatlar təqdim olunub.

Digər xəbərlər